Bütün vakansiyalar

Digər · Glorri

Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis(Məhəmmədli Qəs)

OBA Market MMCGW28+8M, Zabrat, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin dəqiq və vaxtında hesablanmasını təmin etmək - Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası - İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması - Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi - Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması - Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması - Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması - Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak - Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation) SAP sistemi ilə iş: - SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması - Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması - SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak - Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək - Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə) - Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi - SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi üstünlükdür - Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik - MS Excel-də yüksək səviyyəli bacarıq - Analitik düşüncə, diqqətlilik - Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları - Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür