Bütün vakansiyalar

IT və texnologiya · Glorri

Biznes analitika üzrə aparıcı mütəxəssisi (Omnichannel) / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

"Azərbaycan Hava Yolları" QSCHeydər Əliyev adına Beynəlxalq Hava Limanı (Terminal 2), Airport Rd, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 14.10.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək; - Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək; - Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək; - Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək; - Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək; - Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək; - Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək; - Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına - dəstək vermək; - Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə - analitik dəstək göstərmək; - Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək; - Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək; - Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək; - Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək; - Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq; - Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək. - Təhsil səviyyəsi: Ali - Müştəri təcrübəsi, CRM, Omnichannel və ya müvafiq biznes sahələrində Business Analyst vəzifəsində minimum 2-3 il təcrübəsi; - Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərə çevrilməsi; - Customer Journey və müştəri proseslərinin təhlili və təkmilləşdirilməsi; - CRM və Omnichannel platformaları üzrə proses və inteqrasiya tələblərini anlamaq; - Biznes və IT/digital komandaları arasında koordinasiya və kommunikasiya; - User stories, process flows, BRD/FRD və digər analitik sənədlərin hazırlanması; - Data və KPI-lar əsasında biznes qərarlarının dəstəklənməsi; - Güclü analitik düşüncə və kommunikasiya bacarıqları. - Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək). Texniki bacarıqlar : Müştəri və Omnichannel platformaları : - CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar) - CDP və müştəri məlumat platformaları (Tealium, Adobe, Segment və ya oxşar) - Çağrı mərkəzi və müştəri xidmətləri sistemləri (Genesys, Avaya, Zendesk və ya oxşar) Analitika və hesabat alətləri: - Microsoft Excel (advanced səviyyədə) - Power BI, Tableau və ya oxşar analitika və dashboard alətləri - Google Analytics və ya oxşar istifadəçi davranışı analiz alətləri Tələblərin idarə olunması və sənədləşmə: - Jira və ya oxşar tələblərin və task-ların idarə olunması sistemləri - Confluence və ya oxşar sənədləşmə platformaları - Proses və axın diaqramları üçün alətlər (Miro, Microsoft Visio, Draw.io) Sistemlər və inteqrasiya anlayışı: - API və sistemlərarası inteqrasiya məntiqi (REST, məlumat axınları – kod yazmadan) - Web və mobil tətbiqlərin iş prinsipləri: - İdentifikasiya və giriş sistemləri (SSO, istifadəçi profilləri, əsas təhlükəsizlik məntiqi) Test və keyfiyyətə nəzarət: - UAT proseslərinin təşkili və sənədləşdirilməsi - Test ssenarilərinin izlənməsi üçün alətlər (TestRail, Jira və ya oxşar) İş qrafiki: - Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: - Heydər Əliyev Beynəlxalq Hava Limanı