Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Ödəniş infrastrukturunun təşkili idarəsi, Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi (Rəqəmsal məhsul və xidmətlər üzrə)

Xalq Bankİnşaatçılar pr., 22L
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 17.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Rəqəmsal məhsul, xidmət və həllər üzrə biznes tələblərin və əlaqəli sistemlərin funksional tələblərin təhlili; - Rəqəmsal məhsul və xidmətlərin yaradılması üçün mövcud biznes proseslərin təhlili, texnologiyanın çalışması üçün yeni biznes proseslərə və köməkçi komponentlərə dair tələblərin müəyyənləşdirilməsi; - Biznes tələblərin əsasında proqramlaşdırma, IT komandaları və kənar proqram təminatçıların işi üçün izahlı texniki tapşırıqların yazılması; - Mobil və internet tətbiqlər daxilində bank məhsullarının (kreditlər, kartlar, hesablar, depozitlər, köçürmələr və s.) işləmə məntiqinin, o cümlədən inteqrasiya axınlarının (API) və xəta ssenarilərinin təsvir edilməsi; - Yaradılacaq həllin dizaynını və arxitekturasını informasiya təhlükəsizliyi, komplayens və risk komandaları ilə birgə nəzərdən keçirilməsi və razılaşdırılması; - Reallaşdırılmış funksionalın yazılmış texniki tapşırığa uyğunluğunu nəzərdən keçirilməsi və istifadəçi sınaqlarında (UAT) iştirak edilməsi; · Xətaların, biznes proseslərdə və funksionallıqlarda boşluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tətbirlərin görülməsi; - Məhsul və xidmətlərdə mürəkkəb çətinliklərin araşdırılması; - "Neqativ ssenariləri" öncədən müəyyənləşdirmək və tələblərdə əks etdirmək; - Ali magistr təhsili; - Əmanət, kredit, hesab və ödənişlər kimi ənənəvi pərakəndə və korporativ bank məhsulları,müştəriyə bu məhsullar üzrə göstərilən xidmətləri barədə dərin biliklər; - Rəqəmsal maliyyə texnologiyaları, mobil tətbiqlərin və onların işləmə məntiqləri üzrə biliklərə sahib olmaq; - Bank və ya digər maliyyə sahələrinin(sığorta, investisiya, fintech) xidmət və rəqəmsal həlləri üzrə təcrübəyə sahib olmaq; - Rəqəmsal məhsulun ümumi mənzərəsini görmək və hər hansı bir funksiyanın dəyişdirilməsinin mobil bankın bütün ekosisteminə necə təsir edəcəyini anlamaq bacarığı; - Biznes tələblər əsasında aydın, strukturlaşdırılmış texniki tapşırıqların edilməsi bacarığı; - Mobil tətbiqin daxili bank sistemləri arasında məlumat mübadiləsinə dair baza bilikləri (API, REST, SOAP iş prinsipləri, JSON / XML məlumat formatları); - Biznes-proseslərin modelləşdirilməsi, müştəri-məhsul-sistem axınlarının rəqəmsal xidmətə çevrilməsini və işləməsini qrafik notasiyalarda (BPMN, blok-sxemlər) "AS IS / TO BE" formatında təsvir edilməsi bacarığı; - Mürəkkəb biznes tələblərini İT mütəxəssisləri üçün anlaşıqlı və kiçik tapşırıqlara (dekompozisiya) bölmək bacarığı; - Tapşırıqların və sənədləşmənin aparılması üçün Jira(və ya analoqları) proqramları ilə iş təcrübəsi;