Bütün vakansiyalar

Digər · Glorri

Satınalma üzrə kiçik mütəxəssis

Baku Steel Company507 Ziya Bunyadov, Bakı 1029, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 29.09.2026 · Son tarix: 29.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Əsas vəzifə və məsuliyyətlər: - İstehsalat, texniki xidmət, layihələr və əməliyyat fəaliyyətləri üzrə satınalma proseslərinə dəstək göstərmək; - Təchizatçıların araşdırılması, təkliflərin analizi, qiymətləndirilməsi və satınalma sifarişlərinin idarə edilməsində iştirak etmək; - Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması və saxlanılması; - Kommersiya müqayisələri və təhlillərin aparılması; - Sifarişlərin icrası və çatdırılma qrafiklərinin izlənilməsi; - Satınalma sənədlərinin və hesabatlarının hazırlanması; - Satınalma proseslərinin təkmilləşdirilməsi təşəbbüslərində iştirak etmək. - Mühəndislik, Texniki Elmlər, İqtisadiyyat, Təchizat Zəncirinin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr təhsili; - Azərbaycan dili – Ana dili səviyyəsində; - Rus dili – Yüksək səviyyədə; - İngilis dili – Minimum B1 səviyyəsində; - Güclü analitik, məntiqi düşünmə və problem həll etmə bacarıqları; - MS Excel və Microsoft Office proqramlarında işləmə bacarığı; - Yüksək məsuliyyət, dürüstlük və öyrənməyə həvəs; - Yeni məzunların müraciəti təşviq olunur; - Təcrübə arzuolunandır. Təklif edirik: - Strukturlaşdırılmış təlim və inkişaf proqramı; - Təcrübəli satınalma mütəxəssislərinin mentorluğu; - Sənaye və strateji satınalma sahəsində praktiki təcrübə; - Uzunmüddətli karyera inkişaf imkanları; - Performansa əsaslanan inkişaf imkanları.