IT və texnologiya · Glorri
Aparıcı Maliyyə Analitiki (Büdcə və Nəzarət) Mingəçevir
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 29.09.2026 · Son tarix: 29.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Cəmiyyətin illik büdcəsinin hazırlanması, konsolidasiyası və icrasına nəzarət etmək; - Aylıq, rüblük və illik büdcə icra göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək; - Faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlilini həyata keçirmək; - Büdcədən kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq; - Şirkətin struktur bölmələri üzrə büdcə planlaması prosesini koordinasiya etmək; - Əməliyyat və investisiya xərclərinin monitorinqini və maliyyə nəzarətini həyata keçirmək; - Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində təhlillər aparmaq və təkliflər vermək; - Aylıq idarəetmə hesabatlarını, maliyyə təhlillərini və performans göstəricilərini hazırlamaq; - Pul vəsaitlərinin hərəkəti, gəlirlik, rentabellik və xərc göstəriciləri üzrə təhlillər aparmaq; - Maliyyə proqnozlarının hazırlanmasında və yenilənməsində iştirak etmək; - Maliyyə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq; - ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək və analitik məlumat bazalarının formalaşdırılmasını təmin etmək; - Audit, büdcə və maliyyə yoxlamaları zamanı tələb olunan məlumat və hesabatları təqdim etmək; - Şirkətdə tətbiq olunan maliyyə siyasətlərinə, prosedurlara və daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək; - Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək. - Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; - Maliyyə analitikası, büdcələmə, maliyyə planlaşdırılması və ya maliyyə nəzarəti sahəsində minimum 5 il iş təcrübəsi; - İstehsalat, aqrar, tekstil və ya iri korporativ strukturlarda iş təcrübəsi üstünlükdür; - ACCA, CIMA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür; - IFRS bilikləri; - Büdcələmə, planlama, maliyyə modelləşdirilməsi və maliyyə təhlili üzrə biliklər; - İdarəetmə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə təcrübə; - Xərc uçotu, xərc nəzarəti və maliyyə performansının qiymətləndirilməsi üzrə biliklər; - ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə işləmək bacarığı; - MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; - Power BI və ya digər analitik hesabat platformaları üzrə biliklər üstünlükdür; - Maliyyə risklərinin qiymətləndirilməsi və daxili nəzarət mexanizmləri üzrə biliklər; - Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma; - Güclü təqdimat və ünsiyyət bacarıqları; - Məxfi məlumatlarla işləmək və etik davranış prinsiplərinə riayət etmək bacarığı; - Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək.