Maliyyə və mühasibat · Glorri
Naxçıvan filialında Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 29.09.2026 · Son tarix: 29.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək; - Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi; - Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək; - Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək; - Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq; - Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək; - Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək. - Ali təhsil; - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (xarici dil biliyi üstünlük hesab olunur); - Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; - Bank fəaliyyəti ilə bağlı qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar üzrə biliklər; - Müştəriyönümlü yanaşmaya malik olmaq, satış bacarıqları nümayiş etdirmək və satış hədəflərinin icrasına meyilli olmaq.