Digər · Glorri
Aparıcı layihə meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur. - Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi; - Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə edilməsi; - Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin aparılması; - Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə olunması; - Layihə məqsəd və nəticələrinin təşkilatın strateji prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi; - Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi; - Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf kommunikasiya mühitinin təmin edilməsi; - Komanda motivasiyasının qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin təşviqi. - Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə); - Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi; - Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv idarə olunması üzrə təcrübə; - Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyaları üzrə dərin bilik və praktik təcrübə; - Maraqlı tərəflərlə effektiv ünsiyyət və qərarvermə bacarığı; - Komandaya liderlik və mentorluq bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi; - Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş təcrübəsi; - İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik; - Superset, Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür; - Qrup və fərdlər qarşısında təqdimat bacarığı; - PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür) - Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab olunur; - Məsuliyyətlilik, detallara diqqət və operativlik.