Bütün vakansiyalar

Digər · Glorri

Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Bank Respublika ASCFRFQ+2VH, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 28.09.2026 · Son tarix: 25.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının yaradılması prosesində iştirak edir; - Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının satışına və xidmətinə dəstək olan alətlərin hazırlanması və inkişaf etdirilməsində iştirak edir; - Satış personalının maddi və qeyri-maddi motivasiyasını yaradılmasına dair təkliflər verir; - Satışlarda yeni texnologiyalardan istifadə olunmasına yardım edir; - Bankın digər struktur bölmələri ilə işləri koordinasiya etməklə korporativ satışları həyata keçirən struktur bölmələrə dəstək göstərir; - Biznes hesabatlarını hazırlayır, təhlil edir və nəticələrini işıqlandırır; - Maddi və qeyri-maddi motivasiya sisteminə nəzarət edir və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayır; - Biznes hesabatlarının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üçün təkliflər verir; - Korporativ satışları həyata keçirən struktur bölmələrin fəaliyyətini optimallaşdırmaq məqsədi ilə əlaqəli struktur bölmələrlə birgə layihələr aparır; - Bütün növ biznes kredit məhsullarının yaradılması, mövcud məhsulların şərtlərinin dəyişdirilməsi və restrukturizasiya şərtlərinin müəyyən edilməsi prosesində iştirak edir; - Satış texnologiyalarının və kredit təhlil formalarının təkmilləşdirilməsini təmin edir; - Satışların stimullaşdırılması məqsədilə mütəmadi kampaniyaların təşkilində iştirak edir; - Səlahiyyətinə dair rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirir. - Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar); - Bank sektorunda, üstünlük olaraq korporativ bankçılıq sahəsində minimum 1-2 il iş təcrübəsi; - Korporativ bankçılıq məhsulları, satış və xidmət prosesləri üzrə biliklər; - Biznes proseslərinin təhlili, test edilməsi və optimallaşdırılması, biznes tələblərinin hazırlanması, habelə bank məhsullarının inkişafı üzrə bilik və təcrübə; - Bank qanunvericiliyi, normativ-hüquqi aktlar və daxili qaydalar üzrə biliklər, problemlərin təhlili və onların həlli üzrə təkliflər hazırlamaq bacarığı; - Müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması və proseslərin sadələşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək bacarığı; - Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı, nəticəyönümlülük, təşəbbüskarlıq və innovativ yanaşma; - Güclü yazılı və şifahi ünsiyyət, təqdimat və danışıqlar aparmaq, habelə bankdaxili struktur bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya bacarığı; - MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı; - Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini isə işgüzar səviyyədə bilmək üstünlük hesab olunur.