Digər · Glorri
Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək; - Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək; - Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək; - Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək; - Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək; - Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək; - Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək; - Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək; - Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək; - Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. - Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə); - Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi; - Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq zəruridir; - MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək; - Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır; - Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq; - Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq; - Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı; - Operativlik və doğru qərarvermə bacarığı; - Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.