Bütün vakansiyalar

Digər · Glorri

Keyfiyyətin İdarəolunması şöbəsinin müdiri

Mətanət A Şirkətlər QrupuXətai prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Şirkətin keyfiyyət siyasəti, məqsəd və hədəflərinin hazırlanması və İİS-ə inteqrasiyasına rəhbərlik edir. - İİS üzrə bütün prosedur, proses xəritəsi, təlimat, forma və digər sənədlərin hazırlanmasını, razılaşdırılmasını, təsdiqini və yayımlanmasını təşkil edir. - Şirkətin bütün struktur bölmələrinin sənədlərinin ISO 9001, ISO 45001, ISO 14001 və biznes tələblərinə uyğunluğunu yoxlayır və təsdiq edir. - Proseslərin siyahısının, proses sahiblərinin və proses ƏPG-lərinin (KPI-ların) müəyyən edilməsini koordinasiya edir, KİOŞ-a aid göstəricilərə nəzarət edir. - İllik daxili keyfiyyət audit planını hazırlayır, bütün proseslər üzrə daxili auditlərin keçirilməsini təşkil edir, nəticələr və DÖF-lər üzrə icraya nəzarət edir. - Uyğunsuzluqların (UQ) və düzəldici/önləyici fəaliyyətlərin (DÖF) qeydiyyatı, kök səbəb analizi və icrasının koordinasiyasını təmin edir, UQ/DÖF üzrə elektron və kağız arxivləri idarə edir. - İİS üzrə rəhbərlik təhlili üçün məlumatları toplayır, analiz edir və Baş əməliyyat direktoruna illik/rüblük/aylıq hesabatlar təqdim edir. - ISO 9001/45001/14001 üzrə xarici auditlərə və sertifikatlaşdırmaya hazırlığı təşkil edir, audit zamanı sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqəni təmin edir. - İşçilərin keyfiyyət idarəetmə sistemi üzrə maarifləndirilməsi və təlimlərinin planlaşdırılmasını və keçirilməsini təmin edir, təlimlərin məzmununu təsdiq edir. - Məhsul sertifikatlaşdırılması və ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətlərin koordinasiyasına nəzarət edir, müvafiq daxili qaydaların və prosedurların hazırlanmasını təmin edir. - Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır, performansı qiymətləndirir, motivasiyanı və intizam tədbirlərini təşkil edir. - Keyfiyyət sahəsində qanunvericilik və standartlarda olan dəyişiklikləri izləyir, zəruri hallarda proseslərə və sənədlərə inteqrasiya olunmasını təmin edir. - Ali təhsil (ixtisas: iqtisadiyyat və ya idarəetmə yönümlü) - Keyfiyyət sahəsində minimum 5 il iş təcrübə - Biznes proseslərinin idarəedilməsi üzrə təcrübə - Azərbaycan dilinin sərbəst bilik səviyyəsi - İngilis dili v' Rus dili bilikləri arzuolunandır - MS Office, Visio, Draw.io üzrə sərbəst işləmə bacarığı - Mövcud avtomatlaşdırılmış informasiya sistemləri ilə işləmə bacarığı - Pəşəkar ünsiyyət və yazışma bacarığı - Sertifikatlar: ISO 9001:2015 lead auditor, ISO 9001:2015 İnternal auditor, ISO 19011 Auditing Management Systems, Process Management (BPM – Business Process Management, Documentation & QMS Design Certification İş şəraiti: - 5günlük - İstirahət şənbə və bazar günü - Ünvan: Xətai 34 (Luxen Plaza) Biz nə təklif edirik: - Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik) - Şəhərin mərkəzində ofis - Bonus sistemi - Peşəkar inkişaf üçün təlimlər və seminarlar. - Dinamik və gənc komanda ilə iş imkanı.