Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Mexanik- Ceyrançöl təsərrüfatı/Samux regionu

Agro Dairy LLCQırmızı Samux, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Mexaniki avadanlıqların texniki baxışını, diaqnostikasını, təmirini və sazlanmasını həyata keçirmək; - Avadanlıqların quruluşunu və iş prinsipini bilmək və texniki nasazlıqları müəyyən etmək; - Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və operativ şəkildə aradan qaldırmaq; - Nasos, reduktor, mühərrik, mexaniki ötürücü və digər sənaye avadanlıqlarının texniki xidmətini həyata keçirmək; - Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrin dəyişdirilməsi və quraşdırılmasını həyata keçirmək; - Texniki çertyojları, sxemləri və avadanlıq pasportlarını oxumaq və onlardan iş prosesində istifadə etmək; - Ştangençirkul, mikrometr və digər ölçü alətlərindən düzgün istifadə etmək; - Preventiv texniki xidmət (PM) işlərini müəyyən edilmiş qrafik və prosedurlara uyğun həyata keçirmək; - Təmir və texniki xidmət zamanı istifadə olunan əl və ölçü alətlərindən düzgün və təhlükəsiz istifadə etmək; - Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlərin aparılmasını təmin etmək; - Avadanlıqların etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə texniki tədbirlər həyata keçirmək; - Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək; - İşlərin müəyyən edilmiş prosedur və standartlara uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək. - Ali və ya orta ixtisas texniki təhsil; - Mexanika, maşınqayırma, mexatronika və ya əlaqəli sahə üzrə biliklər; - Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; - Sənaye avadanlıqlarının, nasosların, reduktorların, mühərriklərin və mexaniki ötürücülərin iş prinsipləri üzrə biliklər; - Mexaniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi üzrə praktiki bacarıqlar; - Texniki çertyoj, sxem və avadanlıq pasportlarını oxumaq bacarığı; - Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrlə işləmək bacarığı; - Preventiv texniki xidmət (PM) prinsipləri üzrə biliklər; - Ölçü və əl alətlərindən düzgün istifadə etmək bacarığı; - Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; - Komandada işləmək və verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı; - Fiziki işlərə uyğunluq və istehsalat şəraitində işləmək bacarığı.