Maliyyə və mühasibat · Glorri
Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
· Kredit müraciətləri üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması; · Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi; · Şöbənin prosedur və qaydalarının icrasının təmin edilməsi; · BOKT-nin kredit portfelinin mütəmadi təhlilinin aparılması; · Kredit riskləri üzrə əsas göstəricilərin təhlili və proqnozlaşdırılması; · Kredit riskləri üzrə hesabatların hazırlanması və müvafiq təhlillərin aparılması; · Kredit qərarlarının qəbul edilməsi prosesində risk baxımından rəy və tövsiyələrin təqdim edilməsi; · Kreditlər üzrə monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və müəyyən edilmiş limitlərə uyğunluğun təmin edilməsində iştirak; · Statistik və analitik modellərin hazırlanması və tətbiqi; · Borcalanların maliyyə vəziyyətinin, ödəmə qabiliyyətinin və kredit tarixçəsinin təhlili; · Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili; · Problemli kreditlərin müəyyənləşdirilməsi və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması; · Daşınar və daşınmaz əmlaklar üzrə təminat dəyərinin təhlili və qiymətləndirilməsi. · Ali təhsil - Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Statistika və ya əlaqəli ixtisaslar üzrə; · Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi mütləqdir; · Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; · Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə.