Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Baş mexanik

Grand-Agro MMC9698+28P, Türkan, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İstehsalat xəttinin mexaniki avadanlıqları, konveyerlər, nasoslar, reduktorlar, çənlər, borulama və digər mexaniki sistemlərin etibarlı istismarını təmin etmək; - Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işinə nəzarət etmək; - Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; - Avadanlıqların yağlama, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilərinin yoxlanılmasını təşkil etmək; - Mexaniki nasazlıqları araşdırmaq, kök səbəbləri müəyyən etmək və təkrar nasazlıqların qarşısının alınması üzrə tədbirlər görmək; - Mexanik və texniki heyətin gündəlik işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin keyfiyyətinə nəzarət etmək; - Podratçı, servis və təchizatçıların işlərini koordinasiya etmək və görülən işləri qəbul etmək; - Kritik ehtiyat hissələrinin minimum ehtiyat səviyyəsini müəyyən etmək və satınalma tələblərini hazırlamaq; - Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlər üzrə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək; - Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq; - Avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması proseslərini koordinasiya etmək; - Mexaniki avadanlıqların reyestri, texniki sənədləri, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək. - Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali təhsil; - Sənaye müəssisəsində mexaniki avadanlıqların istismarı və təmiri üzrə minimum 5 il iş təcrübəsi; - İstehsalat xətləri, nasoslar, qazanlar, kompressorlar, çillerlər, fanlar, reduktorlar, çənlər və borulama sistemləri üzrə praktiki bilik; - Mexaniki layihələri, P&ID sxemlərini və istehsalçı texniki sənədlərini oxuma bacarığı; - Planlı texniki xidmət, nasazlıqların diaqnostikası, təmir planlaması və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə; - Texniki heyət və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq; - AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; - Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.