Logistika və nəqliyyat · Glorri
Hazır Məhsul Anbarının rəisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Hazır məhsulların anbara qəbulu, düzgün yerləşdirilməsi, saxlanması, uçotu və göndərilməsi proseslərini idarə etmək; - Müxtəlif ölçü, polad markası, standart və məhsul kodlarına uyğun boruların düzgün identifikasiyasını, çeşidlənməsini və ayrı saxlanmasını təmin etmək; - Məhsulların Accepted, Hold, Rejected, Rework, Released və digər keyfiyyət statuslarına uyğun idarə olunmasına nəzarət etmək; - Heat number, batch/lot number, pipe number, material grade və digər izlənəbilənlik məlumatlarının düzgün idarə edilməsini təmin etmək; - Məhsulların MTC, inspection report, packing/loading list və digər müvafiq sənədlərlə uyğunluğuna nəzarət etmək; - Boruların təhlükəsiz saxlanmasını, daşınmasını və yüklənməsini təşkil etmək; - Müştəri sifarişlərinə uyğun məhsulların düzgün seçilməsi və yüklənməsini təmin etmək; - Faktiki anbar qalığı ilə sistem məlumatlarının uyğunluğuna nəzarət etmək və inventarizasiya proseslərini təşkil etmək; - Anbar əməkdaşlarının iş bölgüsünü və növbəli iş rejimini planlaşdırmaq. - Polad boru istehsalı, metallurgiya və ya oxşar istehsalat sahəsində 3–5 il iş təcrübəsi üstünlükdür; - Hazır məhsul və ya metal məhsullar anbarının idarə edilməsində rəhbər vəzifə təcrübəsi; - SAP MM/WM/EWM modulları ilə iş təcrübəsi üstünlükdür; - API 5L, API 5CT, EN, GOST/ISO və digər müvafiq standartlar barədə bilik; - Boruların texniki parametrlərini – diametr, divar qalınlığı, uzunluq, polad markası, möhkəmlik sinfi və s. – başa düşmək; - MS Excel-də Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər məlumat analizi funksiyaları ilə işləmək; - İşçi heyətinin idarə edilməsi və iş bölgüsünün planlaşdırılması üzrə təcrübə; - Kran və digər yükqaldırıcı vasitələrlə əməliyyatların təşkili və təhlükəsizlik tələbləri üzrə bilik; - Azərbaycan dili – əla; rus və ingilis dilləri – yaxşı səviyyədə; - Texniki sənədləri və standartları ingilis və/və ya rus dilində oxuma bacarığı üstünlükdür. - SAP ERP sistemində anbar və material uçotu əməliyyatları üzrə praktiki iş təcrübəsi; - Material Master, Material Number, Batch, Storage Location və Plant anlayışları üzrə bilik; - Goods Receipt (GR), Goods Issue (GI), stock transfer və transfer posting əməliyyatlarını bilmək; - Məhsulların SAP-də qəbul, yerdəyişmə, bloklama və buraxılma proseslərini idarə etmək; - Quality Inspection, Unrestricted və Blocked stock statusları ilə işləmək; - Faktiki anbar qalığı ilə SAP qalığı arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq; - SAP stok hesabatlarından istifadə etmək və anbar üzrə gündəlik, həftəlik və aylıq məlumatları hazırlamaq. İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi