Maliyyə və mühasibat · Glorri
(Gəncə, Şirvan) Kiçik və Orta Biznes kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək; - Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi; - Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək; - Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək; - Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq; - Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək; - Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək. - Ali təhsil; - Bank, maliyyə və ya əlaqəli sahələrdə satış təcrübəsinin olması üstünlükdür; - Müştərilərlə effektiv ünsiyyət qurmaq, biznes ehtiyaclarını müəyyən etmək və uyğun həllər təqdim etmək bacarığı; - Aktiv müştəri axtarışı (cold calling, görüşlərin təşkili, sahə ziyarətləri) bacarığı; - Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office); - Azərbaycan dilini yaxşı səviyyədə bilmək.