Mühəndislik və istehsalat · Glorri
Arqon Qaynaqçısı (Hacıqabul)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 25.09.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Qaynaq işlərinə başlamazdan əvvəl materialları və iş yerini hazırlamaq; - Qaynaq ediləcək metal hissələri düzgün şəkildə seçmək və əvvəlki boyaları, rütubəti, çirkləri təmizləmək; - Qaynaq üçün lazım olan qaz silindrlərini hazırlamaq və düzgün təzyiqi tənzimləmək; - Qaynaq işləri üçün müvafiq qaynaq başlığı, məftil və digər alətləri hazırlamaq; - Qaynaq işlərinin qrafikini və texniki sənədləri oxumaq və başa düşmək; - Qaz qaynağı avadanlığını işə salmaq və qaynaq əməliyyatını başlatmaq; - Qaynaq başlığını düzgün tənzimləmək, düzgün alov növü və temperaturda işləmək; - Qaynaq edilən metal hissələrin birləşdirilməsini, istilik və alovun düzgün tətbiqini təmin etmək; - Qaynaq zamanı materialın düzgün əriməsini təmin etmək, qaynaq xəttini bərabər şəkildə çəkmək; - Qaynaq olunan hissələrə düzgün qaynaq tikişini və keyfiyyətini təmin etmək; - Qaynaq tikişlərini və materialın keyfiyyətini mütəmadi olaraq yoxlamaq; - Qaynaq işlərinin düzgünlüyünü və bərabərliyini təmin etmək; - Qaynaqdan sonra, məhsulun istismar şərtlərinə uyğunluğunu yoxlamaq; - Hər hansı bir çatlaq, qırılma və ya digər nasazlıq hallarında dərhal düzəlişlər etmək; - Qaynaq avadanlığının düzgün işləməsini təmin etmək, cihazların təmizliyini və yağlanmasını təmin etmək; - Qaynaq başlığının və alətlərinin təmizliyini və işlək vəziyyətini təmin etmək; - Qaynaq silindrlərini və qaz sistemlərini düzgün şəkildə istifadə etmək, hər hansı bir nasazlıq olduqda, təmirə göndərmək; - Avadanlıqda nasazlıq və ya təmir işləri zamanı əməliyyatın dayandırılması və rəhbərliyə məlumat verilməsi; - Kəsici alətlərdən (lağonda və s.) düzgün istifadə qaydalarını mükəmməl bilmək və işləri yerinə yetirmək. - Təhsil: Orta; - Yaş həddi: 26-40; - Dil bilikləri: Azərbaycan dili; - Sertifikatlar: Qaynaqçı sertifikatı və ya diplom; Şəxsi keyfiyyətlər - Ünsiyyət yaratma; - Nəticəyə fokuslanma; - İşə planlı yanaşma; - Problem həll etmə; - Çeviklik; - Fikrini izah etmə; - Keyfiyyətə fokuslanma; - Komanda ilə işləmək; - Detallara diqqətli yanaşma. Iş şəraiti: - İş rejimi: 2 növbəli; - İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC) ; - Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik .