Bütün vakansiyalar

Digər · Glorri

Hava Limanında Ekspeditor

"VİP Xidmətlər Qrupu" MMCHeydər Əliyev Beynəlxalq Hava Limanı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifə öhdəlikləri: - Mal və materialları təchizatçılardan qəbul etmək, əl qaiməni imzalamaq, malları anbarlara çatdırmaq, fiziki olaraq daşımaq, anbarda səliqəli yerləşdirmək; - Malları təchizatçıdan qəbul edərkən, məhsulun qaimədəki say və miqdarla eyni olduğunu, eləcə də qablaşdırılmanın vəziyyətini, son istifadə və istehsal tarixini yoxlamaq; - Anbarda saxlanılmayan malların birbaşa istehsalat sahələrinə çatdırılmasını və qaiməyə əsasən sifarişçiyə təhvil-təslim işlərini yerinə yetirmək; - Malların növ və xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək. Əmək şəraiti: - Əmək haqqı: 900 AZN (gross); - İş rejimi: 5 günlük (09:00-18:00); - İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı; - Nəqliyyat və naharla təmin etmə. - Cinsi: Kişi; - Təhsil: Orta təhsil; - Yaş həddi: 40 yaşa kimi.