Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Avtomatika Mühəndisi

Grand-Agro MMC9698+28P, Türkan, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 25.09.2026 · Son tarix: 25.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək; - Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək; - Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək; - Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək; - Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq; - FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək; - Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək; - PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək; - Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək; - Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; - Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək; - Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək; - Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq. - Avtomatika, idarəetmə, elektronika və ya elektrik mühəndisliyi üzrə ali təhsil; - Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə; - Siemens, Schneider, Rockwell və ya analoji PLC/SCADA platformalarından ən azı biri üzrə proqramlaşdırma və diaqnostika təcrübəsi; - HMI sistemləri, sənaye rabitə protokolları, VFD, ölçü cihazları və uzaq giriş-çıxış sistemləri üzrə praktiki bilik; - P&ID, elektrik, loop və panel sxemlərini, giriş-çıxış siyahılarını oxuma bacarığı; - FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqlar üzrə təcrübə; - Proqram ehtiyat nüsxələrinin, versiya nəzarətinin və giriş hüquqlarının idarə edilməsi üzrə bilik; - Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı.