Bütün vakansiyalar

Dizayn və yaradıcılıq · Glorri

Copywriter

OMNIMARK AgencyBaku White City, Baku, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 25.09.2026 · Son tarix: 25.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müştəri brendləri üçün sosial media postları, reklam mətnləri, video/Reels ssenariləri, sloganlar, kampaniya mesajları, veb-sayt və digər marketinq materialları üçün kreativ mətnlərin hazırlanması. - Hər brendin mövqeləndirilməsi, hədəf auditoriyası və tone of voice-na uyğun kontent ideyalarının və kommunikasiya mesajlarının formalaşdırılması. - Kreativ direktor, dizayner, rəqəmsal marketinq və müştəri xidməti komandaları ilə birgə kampaniya və kontent konseptlərinin hazırlanması. - Mətnlərin qrammatik, üslubi və kommunikasiya baxımından yoxlanılması, redaktəsi və müxtəlif platformalara uyğunlaşdırılması. - Müştəri brief-lərinin araşdırılması, bazar və rəqib kommunikasiyalarının izlənilməsi və yaradıcı ideyaların təqdim edilməsi. - Eyni vaxtda bir neçə müştəri və layihə üzrə kontent tapşırıqlarının deadline-lara uyğun idarə olunması - Azərbaycan və Rus dillərində yüksək səviyyədə yazılı nitq, qrammatika və üslub biliyi; İngilis dili biliyi üstünlükdür. - Kreativ düşüncə, güclü storytelling və qısa, diqqətçəkən reklam mətnləri yazmaq bacarığı. - Sosial media, rəqəmsal reklam və brend kommunikasiyasının əsas prinsiplərini anlamaq. - Fərqli sektorlar və hədəf auditoriyalar üçün tone of voice-u çevik şəkildə dəyişə bilmək. - Detallara diqqət, araşdırma aparmaq, sürətli işləmək və feedback əsasında mətni təkmilləşdirmək bacarığı. - Agentlik, reklam, media və ya marketinq mühitində iş təcrübəsi və iş nümunələrinin/portfolio-nun olması üstünlükdür.