Digər · Glorri
Gömrük əməliyyatları üzrə kiçik mütəxəssis/ mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 24.09.2026 · Son tarix: 24.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq; - İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək; - Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək; - Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək; - Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək; - Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək; - Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək; - Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək; - Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq; - Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür; - Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; - Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər; - Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə; - İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı; - Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər; - Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı; - Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək; - İngilis dilini orta səviyyədə bilmək üstünlükdür; - Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı; - Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür; - İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür.