Digər · Glorri
Kateqoriyaların idarə edilməsi üzrə mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 24.09.2026 · Son tarix: 24.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq; - Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək; - Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək; - Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq; - Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək; - Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək; - Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək: - Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək; - Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq; - Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək. - Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə); - Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi; - Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər; - Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə; - Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq; - Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi; - Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı; - Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq; - Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi; - Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.