Mühəndislik və istehsalat · Glorri
Elektrik mühəndisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 24.09.2026 · Son tarix: 24.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tikinti və təmir obyektlərində elektrik sistemlərinin (işıqlandırma, enerji təchizatı, zəif cərəyan sistemləri və s.) layihələndirilməsi və montajına rəhbərlik etmək. - Layihə üzrə elektrik sxemlərinin, planlarının və texniki sənədlərin hazırlanmasında iştirak etmək. - Elektrik avadanlıqlarının seçimi, quraşdırılması və istismar tələblərinə uyğunluğunu təmin etmək. - Tikinti prosesində elektrik işlərinin texniki nəzarətini həyata keçirmək, uyğunsuzluqları vaxtında aradan qaldırmaq. - İşlərin keyfiyyətinə, təhlükəsizliyinə və enerji səmərəliliyinə nəzarət etmək. - Elektrik işlərinin görülməsi üçün tələb olunan material və avadanlıq siyahısını hazırlamaq və təchizat şöbəsi ilə koordinasiya etmək. - Mövcud elektrik infrastrukturunda yaranan nasazlıqların təhlili və aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq. - Layihə üzrə görülən işlərin texniki hesabatlarını və aktlaşdırma sənədlərini hazırlamaq. - Dəyişən cərəyan generatorların quruluşu və iş prinsipi, generatorların əsas komponentləri, o cümlədən alternator, stator, AVR və idarə etmə sistemləri haqqında biliklər. - İnvertor və soft starter sistemlərinin quraşdırılması, qoşulması, sazlanması və istismarı üzrə biliklər. - Elektrik nasosların seçilməsi, quraşdırılması, istismarı və texniki xidməti üzrə biliklər. - Ali təhsil - Minimum 2 il iş təcrübəsi - Azərbaycan Respublikasının tikinti və elektrik quraşdırma standartlarını (AZS, SNİP, PUE və s.) bilmək - Layihə sənədləri, sxemlər və texniki cizgilərlə işləmə bacarığı - Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq - Problemlərin analizi və operativ həll bacarığı - Komanda ruhuna malik olmaq - Elektrik sertifikatı olmalı