Bütün vakansiyalar

Digər · Glorri

Bazar və Qiymət Araşdırması Mütəxəssisi

OBA Market MMCAzərbaycan, 15 8 Noyabr Prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 24.09.2026 · Son tarix: 24.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Bazar və qiymət araşdırmasının aparılacağı ərazilərin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabatların hazırlanmasını təmin etmək. - Əməkdaşların gündəlik ərazi bölgüsünü müəyyən etmək, araşdırma prosesinin icrasına nəzarət etmək. - Gündəlik olaraq Təzə Məhsullar kateqoriyası üzrə aparılan qiymət araşdırmalarının nəticələrini toplamaq, yoxlamaq və yekun nəticələri hazırlamaq. - Həftəlik qiymət araşdırmalarının nəticələrini toplamaq, məlumatların düzgünlüyünü yoxlamaq və zəruri hallarda təkrar yoxlamaların aparılması üçün müvafiq tapşırıqlar vermək. - Toplanmış məlumatlar əsasında hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək. - Gündəlik və həftəlik araşdırmaların nəticələrinə əsasən qiymət dəyişikliklərini izləmək, zəruri hallarda müvafiq qiymət dəyişikliklərinin həyata keçirilməsini tələb etmək və prosesə nəzarət etmək. - Ali təhsil; - Analitik düşünmə və məlumatlarla işləmə bacarığı; - MS Excel proqramında işləmə bacarığı; - Hesabatların hazırlanması və məlumatların təhlili üzrə bacarıqlar; - Diqqətlilik və yüksək dəqiqlik; - Planlama və iş bölgüsünü təşkil etmə bacarığı; - Komanda ilə işləmə və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı; - Vaxtın düzgün idarə edilməsi və operativ qərarvermə bacarığı; - Pərakəndə satış və qiymət araşdırması sahəsində təcrübə arzuolunandır.