IT və texnologiya · Glorri
Kredit Riskləri Ehtiyatlanması və Analitikası üzrə Mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 23.09.2026 · Son tarix: 23.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankın kredit portfelinin mütəmadi təhlilinin aparılması; - Kredit portfelinin risk göstəricilərini əks etdirən hesabatların (Vintage, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) hazırlanması və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi; - Kredit riskləri üzrə göstəricilərin bankın müəyyən etdiyi risk limitlərinə uyğunluğuna nəzarət edilməsi; - Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması; - IFRS 9 tələblərinə uyğun ehtiyatların hesablanması; - Prudensial ehtiyatların hesablanması və Mərkəzi Bankın müvafiq qaydaları üzrə biliklərin tətbiq edilməsi. Üstünlüklərimiz: - Komanda daxilində bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar inkişaf imkanları; - Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq imkanları; - Peşəkar və dəstəkləyici komanda mühiti; - Güclü korporativ mədəniyyət. - Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; - Excel, Toad və Oracle PL/SQL proqramları üzrə yüksək səviyyədə bilik; - IFRS 9 hesabatlarının hazırlanması üzrə bilik və praktiki təcrübə; - PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi üzrə biliklər arzuolunandır; - Power BI üzrə biliklər arzuolunandır; - Python və/və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır; - Statistik biliklər; - Bank məhsulları haqqında geniş məlumat; - Güclü məntiqi və analitik düşünmə qabiliyyəti; - Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı; - İngilis və rus dillərini bilmək arzuolunandır; - Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.