Bütün vakansiyalar

Digər · Glorri

Mal-material üzrə menecer

Facility Management GroupBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 23.09.2026 · Son tarix: 23.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Anbar əməliyyatlarının düzgün və səmərəli təşkilinə, mal və materialların hərəkətinə və uçotuna nəzarət edəcək Mal-material ehtiyatları üzrə menecer axtarırıq. Bu vəzifədə anbar qalıqlarının idarə olunması, inventarizasiyanın təşkili və müvafiq hesabatların hazırlanması əsas məsuliyyətlərdən olacaq. - Mal və materialların anbara qəbulunu, saxlanılmasını və layihələr üzrə təyinatı üzrə verilməsini təşkil və nəzarət etmək; - Anbar işinin gündəlik fəaliyyətini və iş bölgüsünü təşkil etmək; - Anbar qalıqlarına nəzarət etmək; - Anbar üzrə hesabatların hazırlanmasını və məlumatların düzgün aparılmasını təmin etmək; - Layihələr üzrə mal-materiallarla bağlı müxtəlif hesabatlar hazırlamaq; - Dövri inventarizasiyanın/sayımın təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək; - Anbar əməliyyatlarının müəyyən edilmiş qaydalara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək; - Anbar üzrə komandanın işini koordinasiya etmək və zəruri hallarda operativ qərarlar qəbul etmək. - Logistika, təchizat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; - Anbar, logistika və ya mal-materialların idarə edilməsi sahəsində iş təcrübəsi; - Anbar işinin təşkili və mal-material uçotu üzrə biliklər; - Maliyyə və ilkin mühasibat uçotu üzrə anlayış; - ERP sistemləri ilə işləmə bacarığı; - MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; - SƏTƏM qaydaları barədə məlumatlılıq; - Komandanın idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı; - Analitik düşüncə və hesabat hazırlamaq bacarığı; - Operativ qərarvermə və məsuliyyətlilik; - Dəqiqlik, punktuallıq və təşkilatçılıq bacarığı.