Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Pərakəndə bankçılıq departamenti/ Pərakəndə məhsulların yaradılması və inkişafı şöbəsi/ Böyük mütəxəssis

Expressbank ASC9VMC+6JM, Xocalı prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 23.09.2026 · Son tarix: 23.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Skorinq hesablama sistemi üzrə statistik təhlillərin aparılması; - Yenilənmiş şərtlərin Skorinq hesablama sisteminə sazlanması; - Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi; - Yeni məhsulların sazlanılması və mövcud məhsulların optimizasiyası prosesində iştirak; - Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumatın verilməsi və texniki sifarişlərin yazılması; - Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması; - Müştəri davranışlarını izləmək/təhlil etmək və bunun əsasında yeni təkliflərin hazırlanması; - Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması; - Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.); - Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi; - Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak; - Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması; - Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflərin verilməsi. - Ali iqtisadi, Maliyyə və ya texniki təhsil; - Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə; - MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı; - SQL üzrə orta və ya daha yüksək səviyyədə biliklər; - Power BI biliklərinin olması əlavə üstünlükdür; - Komandada və fərdi şəkildə işləmək bacarığı; - Analitik və məntiqi düşünmə qabiliyyəti; - Detallara diqqət yetirmə bacarığı; - Operativ və çevik qərar qəbul etmə bacarığı.