Mühəndislik və istehsalat · Glorri
Baş mexanik (Zaqatala)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 23.09.2026 · Son tarix: 23.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Texnikaların texniki baxış, texniki xidmət və təmir işlərinin vaxtında həyata keçirilməsinin təmin edilməsi; - Texnikalarda yaranan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması prosesinin koordinasiya edilməsi; - Texnikaların işə hazırlıq vəziyyətinə və düzgün istismarına nəzarət edilməsi; - Yanacaq, ehtiyat hissələri və digər texniki resursların səmərəli istifadəsinin və uçotunun təmin edilməsi; - Texnikaların istismarı ilə bağlı müvafiq sənədləşmə və hesabatların aparılmasına nəzarət edilməsi; - Texnika və mexanizmlərdən istifadə zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi; - Texniki xidmət və təmir işləri ilə bağlı servis və podratçı şirkətlərlə əməkdaşlığın koordinasiya edilməsi; - Texnikaların texniki vəziyyəti, istismarı və təmirinə dair məlumatların mütəmadi təhlil edilməsi və texniki göstəricilərin izlənilməsi; - Texnikaların mütəmadi yoxlanılmasını təşkil etmək, mümkün nasazlıqları və texniki problemlərin əvvəlcədən müəyyənləşdirilməsi; - Texnikaların mövsümi işlərə hazırlığını əvvəlcədən yoxlamaq və zəruri texniki xidmət və təmir işlərinin planlaşdırılması; - Mövsümi hazırlıq və planlaşdırılmış təmir işləri üçün tələb olunan ehtiyat hissələri və digər texniki materialların tələbatını əvvəlcədən müəyyənləşdirmək və onların vaxtında təmin olunmasının koordinasiya edilməsi; - Maşın və texnikaların, eləcə də onların ayrı-ayrı hissələrinin texniki sazlığını və istismara yararlılığının təmin edilməsi; - Təkrarlanan texniki nasazlıqların səbəblərini təhlil etmək və onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi; - Texnikaların texniki xidmət və təmir tarixçəsinin izlənilməsini və müvafiq məlumatların sistemləşdirilməsinin təmin edilməsi; - Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi. - Mexanika mühəndisliyi, maşınqayırma, kənd təsərrüfatı texnikası və ya əlaqəli sahə üzrə ali təhsil; - Maşın, mexanizm və xüsusi texnikaların texniki xidməti və təmiri sahəsində ən azı 3 il iş təcrübəsi; - Müxtəlif texnika və mexanizmlərin quruluşu, iş prinsipləri və texniki xüsusiyyətləri barədə bilik; - Texniki nasazlıqları operativ şəkildə müəyyənləşdirmək, səbəblərini təhlil etmək və onların aradan qaldırılmasını təşkil etmək bacarığı; - Texnikaların texniki vəziyyəti və istismarı ilə bağlı məlumatları təhlil etmək və texniki xidmət ehtiyaclarını əvvəlcədən müəyyənləşdirmək bacarığı; - Texniki xidmət və təmir işlərinin planlaşdırılması və koordinasiyası bacarığı; - Ehtiyat hissələri və digər texniki materiallara olan tələbatı əvvəlcədən müəyyənləşdirmək bacarığı; - Güclü problem həll etmə və analitik düşünmə bacarığı; - Texniki sənədlərlə və hesabatlarla işləmək bacarığı; - Microsoft Office proqramlarında işləmək bacarığı; - Məsuliyyətli, operativ və təşkilatçı olmaq; - Azərbaycan dilini sərbəst bilmək,ingilis dili üstünlükdür; - Zaqatalada iş yerində çalışmağa hazır olmaq.