Bütün vakansiyalar

İnsan resursları · Glorri

İnsan resursları şöbəsinin rəhbəri

BOKT "İDEAL KREDİT" MMCSüleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi; - İR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi; - Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət; - İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi; - İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması; - Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması; - İllik və aylıq İR büdcəsinin hazırlanması, icrasına və xərclərə nəzarət edilməsi; - Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət; - Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi; - Əməkhaqqı, bonus, mükafatlandırma və digər motivasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; - Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üçün KPI və OKR sistemlərinin qurulması, tətbiqi və nəticələrinin təhlil edilməsi; - Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması; - Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili; - İstedadların idarə olunması, karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması; - Korporativ mədəniyyətin inkişaf etdirilməsi, əməkdaş bağlılığı və motivasiya proqramlarının həyata keçirilməsi; - Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması; - Daxili kommunikasiya və işəgötürən brendinin inkişaf etdirilməsi üzrə tədbirlərin təşkilində iştirak; - Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi; - Əmək münasibətləri üzrə mübahisələrin, şikayətlərin və münaqişələrin araşdırılması və qanunvericiliyə uyğun həllinin təmin edilməsi; - İR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi; - İR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi; - İR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. - İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil; - İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər və ya komanda lideri vəzifəsində; - Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı; - Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər; - İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə; - İR analitikası və hesabatların hazırlanması bacarığı; - Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları; - Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti; - Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası; - Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi; - HR üzrə beynəlxalq və ya yerli sertifikatların mövcudluğu.