Bütün vakansiyalar

Digər · Glorri

Məhsul Sahibi ( Product Owner )

MSolutionCR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Product Owner Proqram təminatı məhsullarının hazırlanması prosesində biznesi və texniki komandanı bir araya gətirəcək, tələbləri formalaşdıracaq və layihələrin effektiv icrasını təmin edəcək Product Owner axtarırıq. Vəzifə Öhdəlikləri - Məhsulun inkişaf hədəflərini anlamaq və komandanın gündəlik işlərinin yol xəritəsinə (roadmap) uyğunluğunu təmin etmək. - Biznes və istifadəçi tələblərini təhlil edərək onları aydın, anlaşılan "User Story"-lərə və texniki tapşırıqlara çevirmək. - Məhsulun Backlog-unu (Product Backlog) formalaşdırmaq, prioritetləşdirmək və daim aktual saxlamaq. - Development komandası ilə sıx əməkdaşlıq etmək, sprint ərzində yaranan sualları vaxtında cavablandırmaq və tapşırıqları dəqiqləşdirmək. - Layihənin ehtiyaclarına uyğun olaraq Agile/Scrum komanda görüşlərində (Sprint planlama, Daily, Retro) iştirak etmək. - Hazırlanmış funksionallıqların qəbul meyarlarına (Acceptance Criteria) uyğunluğunu yoxlamaq və test (UAT) prosesində iştirak etmək. - Yeni funksionallıqların tətbiqi zamanı maraqlı tərəflər (stakeholders) və texniki komanda arasında əlaqələndirici rol oynamaq. - IT və ya proqram təminatının hazırlanması (Software Development) sahəsində Product Owner, Biznes Analitik və ya analoji vəzifədə 1+ il real iş təcrübəsi. - Proqram təminatının yaradılması prosesləri (SDLC) barədə aydın anlayış və texniki komanda ilə rahat kommunikasiya qurmaq bacarığı. - Biznes tələblərini analiz etmək, strukturlaşdırmaq və texniki tapşırıqlar şəklində ifadə etmək qabiliyyəti. - Notion, Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi. - Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik. - Komanda ilə effektiv kommunikasiya və problem həlletmə bacarığı. - Azərbaycan dili — səlis; İngilis və ya Rus dili — texniki sənədləri və tələbləri oxuyub anlamaq üçün kifayət edəcək səviyyədə. - Fintech və ya ödəniş sistemləri sahəsində təcrübə üstünlükdür (arzuolunandır). Biz nə təklif edirik? - - Sürətlə böyüyən fintech sektorunda real karyera imkanı. - - Maraqlı inteqrasiya və innovativ layihələr. - - Peşəkar inkişaf və daimi öyrənmə imkanları. - - Rəqabətli əməkhaqqı.