Digər · Glorri
Müştəri əlaqələri üzrə mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 20.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Müştəri Əlaqələri üzrə Mütəxəssis vəzifəsini elan edir. Vəzifənin əsas öhdəlikləri hansılardır? - FINCA məhsul qayda və şərtlərinə uyğun olaraq kredit müraciətlərinin çeşidlənməsi və kateqoriyalara bölünməsi: Növbəti satışlar və proseslərin paylanmasına zəmanət verilməsi üçün uyğun müraciətin Kredit Satışları Bürosuna göndərilməsi, ətraflı rəyi ərizəçiyə təqdim etməklə kredit müraciətindən imtina edilməsi; - Kredit müraciətinə hər hansı düzəlişlərin tələb edilməsi barədə (telefon və WhatsApp vasitəsilə) müştərilərə xəbər vermək və tələb olunmuş qaydada telefon və ya WhatsApp vasitəsilə müştərilərə dəstək göstərilməsi; - FINCA, kredit prosesi və kredit şərtləri barədə müştəriyə ilkin məlumatları vermək; - Kredit yoxlanışı prosesinin keyfiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə Satış komandası ilə əməkdaşlıq etmək və müxtəlif təcrübələrdə iştirak etmək; - Ehtiyac olarsa hesabatdan və ya sistem vasitəsilə müştərinin cari kredit və iş yeri ilə tanış olmaq; - Ərizəçilərə düzəlişlərlə birlikdə müraciətlərini yenidən təqdim etmələri və ya zənglərin xüsusiləşdirilməsi üzrə təyin olunmuş qaydalar əsasında tələb olunan sənədləri təqdim etmələrini xatırlatmaq; - Kredit vermə ilə bağlı nəzarətçi tərəfindən həvalə olunmuş digər tapşırıqları yerinə yetirmək. Təhsil və Təcrübə: - Maliyyə, İqtisadiyyat və digər müvafiq sahələr üzrə Bakalavr dərəcəsinin olmasına üstünlük verilir; - Azərbaycan dilində səlis şifahi və yazılı bacarıqlar; - Azərbaycan dilindən peşəkar, yığcam və səlis qaydada istifadə edərək çat vasitəsilə müştərilərə diqqət ayıra bilmək; - Kredit, müştəri xidmətləri və ya əlaqəli sahələrdə 6 aya qədər iş təcrübəsi; - Kreditvermə prosesləri və prosedurları barədə əsas məlumatlar; - Microsoft Office proqramları daxil olmaqla, kompüter biliyi və bacarıqları.