Tibb və səhiyyə · Glorri
Psixiatriya üzrə tibb bacısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifənin təsviri: - Psixi sağlamlıq problemləri və psixiatrik pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımını peşəkar standartlara uyğun həyata keçirmək. - Pasiyentin psixi, emosional və fiziki vəziyyətini davamlı müşahidə etmək, dəyişiklikləri vaxtında müəyyən etmək və aidiyyəti üzrə məlumatlandırmaq. - Pasiyentin davranışını, ünsiyyətini, emosional reaksiyalarını və risk faktorlarını mütəmadi qiymətləndirmək; - Pasiyentlərin tibb bacılığı baxımını planlaşdırmaq və icra etmək, pasiyentin vəziyyətinə dair monitorinq və müşahidə qeydlərini düzgün aparmaq, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti üzrə məlumatlandırmaq. - Dərman vasitələrini, o cümlədən psixotrop preparatları həkim təyinatına uyğun, təhlükəsiz və düzgün qaydada tətbiq etmək. - Pasiyentdə müşahidə olunan yan təsir, ağırlaşma və normadan kənar klinik halları vaxtında müəyyən etmək, onları müvafiq qaydada fərqləndirmək və müəssisədaxili xəbərvermə prosedurlarına uyğun olaraq aidiyyəti üzrə məlumatlandırmanı təmin etmək. - Aqressiya, təşviş, özünə və ya ətrafdakılara zərərvermə riski kimi hallarda pasiyent və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərmək. - Böhran və riskli davranış vəziyyətlərində müəssisədaxili prosedurlara və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək. - Pasiyentlə terapevtik ünsiyyət qurmaq, aktiv dinləmə və empatik yanaşma prinsiplərini tətbiq etmək; - Pasiyentin hüquqlarına, ləyaqətinə, məxfiliyinə və fərdi ehtiyaclarına hörmətlə yanaşmaq. - Pasiyent və ailə üzvlərinə müalicə prosesi, gündəlik baxım, təhlükəsizlik və psixi sağlamlığın qorunması ilə bağlı maarifləndirici məlumat vermək. - Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq, pasiyentlə bağlı müşahidə və müdaxilələri müvafiq qaydada qeyd etmək. - Elektron tibbi qeydiyyat sistemlərində məlumatların dəqiq və konfidensial şəkildə işlənməsini təmin etmək. - Həkim, psixoloq, sosial işçi və digər mütəxəssislərlə multidissiplinar komanda çərçivəsində əməkdaşlıq etmək. - İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə riayət etmək. - Fövqəladə və təcili hallarda əsas həyat dəstəyi prinsiplərinə və daxili təlimatlara uyğun tədbirlər görmək. Namizədə tələblər: • Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili. • Psixiatriya, psixi sağlamlıq, nevroloji və ya stasionar pasiyent baxımı sahəsində iş təcrübəsi üstünlükdür. • Psixiatrik xəstəliklər və psixi sağlamlıq pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımının əsas prinsiplərini bilməsi. • Psixi vəziyyətin qiymətləndirilməsi, davranış müşahidəsi və klinik risk faktorlarının müəyyən edilməsi üzrə bilik və bacarıqlara malik olması. • Aqressiya, təşviş, intihar riski, özünəxəsarət və ətrafdakılara zərərvermə riski kimi böhran vəziyyətlərinin idarə olunması prinsiplərini bilməsi. • Psixotrop dərmanların tətbiqi, təsir mexanizmi, mümkün yan təsirləri və ağırlaşmalarının müşahidəsi üzrə biliklərə malik olması. • Pasiyent təhlükəsizliyi, məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaydaları və etik prinsiplər barədə məlumatlı olması. • İntihar riski, özünəxəsarət davranışları və digər təhlükəli vəziyyətlərin erkən aşkarlanması üzrə müşahidə bacarığına malik olması. • Terapevtik ünsiyyət, aktiv dinləmə, emosional dəstək və pasiyentlə etibarlı münasibət qurma bacarıqlarına sahib olması. • Tibbi etika, məxfilik, pasiyent hüquqları və pasiyent yönümlü xidmət prinsiplərinə riayət etməsi. • İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi və keyfiyyət standartları üzrə biliklərə malik olması. • Elektron tibbi qeydiyyat sistemləri və MS Office proqramlarından istifadə bacarığı. • Multidissiplinar komanda ilə effektiv əməkdaşlıq və düzgün kommunikasiya bacarığı. • Əsas həyat dəstəyi — BLS üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür. • Məsuliyyətli, səbirli, diqqətli, emosional dayanıqlı və yüksək peşəkar davranış nümayiş etdirməsi. • Stressli və həssas klinik vəziyyətlərdə düzgün qərarvermə və təhlükəsiz davranış bacarığına malik olması.