Digər · Glorri
Layihə meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tikinti, təmir , yenidənqurma və tamamlama layihələrini planlaşdırma mərhələsindən yekunlaşanadək koordinasiya etmək; - Layihələrin əhatə dairəsi, icra qrafiki və büdcəsinə nəzarət etmək; - Podratçılar, memarlar, mühəndislər, satınalma və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək; - Tikinti sahələrində işlərin gedişatını, keyfiyyətini, təhlükəsizlik tələblərinə və qüvvədə olan normalara uyğunluğunu izləmək; - Layihələr üzrə gecikmə, risk və problemləri vaxtında müəyyən etmək və həlli istiqamətində tədbirlərin görülməsini koordinasiya etmək; - Binaların, avadanlıqların və klinik təlim məkanlarının cari və profilaktik texniki xidmətini planlaşdırmaq və izləmək; - Tikinti və obyektlərin istismarı ilə bağlı icazə, yoxlama və normativ tələblərə uyğunluq proseslərini koordinasiya etmək; - Təchizatçı və podratçıların seçilməsi, tender təkliflərinin qiymətləndirilməsi və müqavilələrin idarə olunması proseslərində Satınalma şöbəsi ilə əməkdaşlıq etmək; - Rəhbərlik üçün layihələrin icra vəziyyəti, büdcə və əsas risklər barədə mütəmadi hesabatlar hazırlamaq; - Layihə sənədlərinin, qrafiklərin və digər müvafiq qeydlərin sistemli şəkildə aparılmasını təmin etmək. - Mühəndislik, tikintinin idarə edilməsi, memarlıq, informasiya texnologiyaları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi ; - Layihə meneceri və ya layihə menecerinin köməkçisi kimi iş təcrübəsi; - Tikinti, obyektlərin idarə edilməsi və ya İT infrastrukturu layihələri üzrə təcrübə; - Layihə idarəetməsi üzrə sertifikatın olması üstünlükdür ; - Güclü təşkilatçılıq, planlaşdırma və eyni zamanda bir neçə layihə və prioriteti idarə etmək bacarığı; - Podratçılar, mühəndislər, rəhbərlik və digər maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlıq bacarığı; - MS Project, MS Excel və ya digər layihə izləmə və ofis proqramlarından işlək səviyyədə istifadə bacarığı; - Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, İngilis dili üzrə işgüzar səviyyədə bilik.