Bütün vakansiyalar

Kənd təsərrüfatı · Glorri

Aqronom-Qarabağ təsərrüfatı

Agro Dairy LLCDövlətyarlı Kənd Yolu, Füzuli̇, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək; - Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək; - Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək; - Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək; - Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək; - Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək. - Aqronomluq, aqrar mühəndislik və ya əlaqəli ixtisas üzrə ali təhsil - Kənd təsərrüfatı sahəsində 2+ il iş təcrübəsi arzuolunandır - Bitkilərin becərilməsi, inkişaf mərhələləri və məhsuldarlığın artırılması üzrə biliklər - Torpağın analizi, gübrələmə və bitki qidalanması üzrə praktiki bilik - Bitki xəstəlikləri və zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə üsullarını bilməsi - Pestisid, herbisid, fungisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqi barədə məlumat - Suvarma və əkin sahələrinin idarə olunması üzrə təcrübə - Əkin, səpin, gübrələmə və məhsul yığım proseslərinə nəzarət edə bilmək - Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa uyğun olmaq - MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı - Hesabat hazırlamaq və sahə məlumatlarını düzgün qeydiyyata almaq bacarığı - Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə - Komandada işləmək və sahə işçiləri ilə düzgün kommunikasiya qurmaq bacarığı - Azərbaycan dili biliyi; rus və ya ingilis dili bilməsi üstünlükdür - Sürücülük vəsiqəsinin olması üstünlükdür