Maliyyə və mühasibat · Glorri
Şirvan PEZ filialında mühasib
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müəssisənin təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanaraq təqdim edilməsini təmin edir; - Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, onların hərəkətinin, istehsal xərclərinin, məhsul, iş və xidmətlərin maya dəyərinin və satışının uçotunu təşkil edir; - Əməkhaqqı hesablaşmalarının, dövlət büdcəsinə və dövlət sosial sığortası üzrə ödənişlərin, kredit əməliyyatlarının və digər maliyyə əməliyyatlarının uçotunu həyata keçirir; - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün tərtib edilməsinə, əməkhaqqı fondunun istifadəsinə, pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasına nəzarət edir; - Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçot və hesabat məlumatları əsasında təhlilində, təsərrüfatdaxili ehtiyatların aşkar edilməsində, habelə çatışmazlıqlar və mənimsəmələr üzrə sənədlərin hazırlanmasında iştirak edir; - Maliyyə, kassa və ştat intizamına, debitor borclarının, çatışmazlıqların və itkilərin uçotdan silinməsi, mühasibat sənədlərinin müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üzrə işlərə nəzarət edir; Mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 1 ildən az olmayaraq iş stajı. - Təhsil: Ali - İş təcrübəsi: 3-5 ilə qədər - Kompüter bilikləri: MS Windows, MS Office, 1C 8.3, Excel, Word və s. biliklər.