Satış və marketinq · Glorri
Satış üzrə direktor
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun satış strategiyasının hazırlanması və həyata keçirilməsi; - İllik və aylıq satış planlarının, büdcənin və əsas performans göstəricilərinin müəyyən edilməsi; - Satış hədəflərinin komanda, region, kanal və məhsul kateqoriyaları üzrə bölüşdürülməsi; - Satış nəticələrinin mütəmadi təhlili, kənarlaşmaların müəyyən edilməsi və inkişaf tədbirlərinin həyata keçirilməsi; - Distribusiya şəbəkəsinin, satış kanallarının və regionlar üzrə bazar əhatəsinin genişləndirilməsi; - Müasir ticarət, ənənəvi ticarət, topdansatış, korporativ və digər satış kanallarının idarə edilməsi; - Satış proseslərinin, marşrutların və route-to-market modelinin təkmilləşdirilməsi; - Satış komandasının formalaşdırılması, idarə edilməsi, motivasiyası və peşəkar inkişafının təmin olunması; - Satış heyətinin fəaliyyətinin KPI göstəriciləri əsasında qiymətləndirilməsi; - Əsas müştərilər, distribütorlar və strateji tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; - Qiymət siyasəti, endirim mexanizmləri, kampaniyalar və kommersiya şərtlərinə dair təkliflərin hazırlanması; - Bazarın, rəqiblərin, müştəri davranışlarının və satış tendensiyalarının mütəmadi təhlili; - Satış proqnozlarının hazırlanması, məhsul ehtiyatlarının və tələbat planlamasının aidiyyəti struktur bölmələrlə koordinasiya edilməsi; - Satış proseslərinin avtomatlaşdırılması və CRM, ERP və hesabat sistemlərindən effektiv istifadənin təmin edilməsi; - Satış nəticələri və inkişaf planları üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; - Marketinq, maliyyə, logistika, satınalma və digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin olunması. - Ali təhsil; biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür; - Satış sahəsində minimum 10 il , rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi; - Satış direktoru, satış departamentinin rəhbəri, kommersiya direktoru və ya analoji yüksək rəhbər vəzifədə təcrübə; - FMCG, əczaçılıq, distribusiya və ya geniş satış şəbəkəsinə malik şirkətlərdə iş təcrübəsi; - Böyük satış komandasının və regional satış strukturunun idarə edilməsində praktiki təcrübə; - Distribusiya, route-to-market, key account management və satış kanallarının inkişafı üzrə güclü biliklər; - Satış strategiyasının, büdcənin, proqnozların və KPI sisteminin hazırlanması təcrübəsi; - Satış göstəricilərinin təhlili və məlumatlar əsasında idarəetmə qərarları vermək bacarığı; - P&L, kommersiya effektivliyi, marja və gəlirlilik göstəriciləri üzrə anlayış və təcrübə; - Güclü liderlik, komanda idarəetməsi, danışıqlar və təqdimat bacarıqları; - Nəticəyönümlülük, strateji düşüncə və yüksək məsuliyyətlilik; - Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı ; - MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; CRM və ERP sistemləri üzrə təcrübə üstünlükdür. Şirkət tərəfindən təklif olunur - Yüksək səviyyəli və strateji rəhbər vəzifə; - Peşəkar və dinamik iş mühiti; - Qərarvermə prosesində geniş səlahiyyət və müstəqillik; - Əmək bazarına uyğun rəqabətli əməkhaqqı; - Fəaliyyət nəticələrinə əsaslanan bonus sistemi; - Peşəkar inkişaf və karyera imkanları.