IT və texnologiya · Glorri
Baş Data Analitik
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Qrup və biznes vahidləri üzrə əsas maliyyə, kommersiya və əməliyyat məlumatlarını vahid analitik formatda toplamaq və təhlil etmək. - Biznes nəticələrində tendensiyaları, kənarlaşmaları və performansa təsir edən əsas faktorları müəyyən etmək. - Faktiki nəticələri əvvəlki dövrlər, büdcə, bazar və müvafiq benchmark-larla müqayisə etmək. - Biznes vahidləri arasında müqayisəli performans təhlilləri aparmaq. - Konkret biznes problemi və ya performans dəyişikliyinin səbəblərini müəyyən etmək üçün “deep-dive” təhlillər aparmaq. - Rəhbərliyin diqqətini tələb edən əsas dəyişiklikləri, riskləri və imkanları müəyyən etmək. - Azərbaycan və Qrup üçün əhəmiyyətli olan regional qonaqpərvərlik bazarları üzrə məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək. - Azərbaycanı müvafiq regional və müqayisə edilə bilən qonaqpərvərlik bazarları ilə müqayisə etmək. - Bazarın inkişaf istiqamətini və Qrupun bizneslərinə potensial təsirini müəyyən etmək. - Qrupun əsas biznesləri üzrə müvafiq rəqib qruplarını müəyyən etmək və onlar haqqında məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək. - Beynəlxalq qonaqpərvərlik, sağlamlıq və rifah (wellness), kurort və Qrup üçün əhəmiyyətli olan digər sektorlar üzrə əsas tendensiyaları izləmək. - Aparıcı qonaqpərvərlik şirkətlərinin, operatorların və müqayisə edilə bilən portfellərin inkişafını, eləcə də biznes modellərindəki dəyişiklikləri araşdırmaq. - Texnologiyanın, süni intellektin (AI), müştəri davranışlarının, aktivlərin idarə edilməsinin, yeni hotel konseptlərinin və digər struktur dəyişikliklərinin sektora təsirini təhlil etmək. - Beynəlxalq hesabat və araşdırmalardan Qrup üçün əhəmiyyətli olan əsas nəticələri müəyyən etmək. - Xarici bazarlarda baş verən dəyişikliklərin Qrup üçün potensial təsirlərini qısa və praktiki formada təqdim etmək. - Biznes, bazar və rəqib məlumatlarını vahid və strukturlaşdırılmış analitik bazada saxlamaq. - Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünü və müqayisə edilə bilməsini yoxlamaq. - Təkrarlanan analitik prosesləri və hesabatları mümkün qədər avtomatlaşdırmaq. - Power BI və digər analitik alətlər vasitəsilə rəhbərlik üçün dashboard-lar hazırlamaq. - Analitik modellər və vizualizasiya vasitəsilə böyük həcmli məlumatlardan əsas nəticələri çıxarmaq. Təhsil: - Biznes Analitika, Statistika, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil. İş təcrübəsi: - Data analitikası sahəsində minimum 5 il iş təcrübəsi. Bilik və Bacarıqlar: - Böyük həcmli məlumatların toplanması, emalı, təhlili və interpretasiyası üzrə təcrübə. - SQL və Excel üzrə yüksək səviyyədə biliklər. - Power BI, Tableau və ya digər BI alətləri vasitəsilə interaktiv dashboard və hesabatların hazırlanması üzrə təcrübə. - Statistik təhlil, trend analizi, proqnozlaşdırma və məlumatların modelləşdirilməsi üzrə biliklər. - Güclü analitik düşünmə, problem həll etmə və detallara diqqət. - Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı. Rus dili biliyi üstünlükdür. - Digər üstünlüklər: - Nahar şirkət tərəfindən təmin edilir. - Korporativ nömrə və danışıq paketi. - Tibbi sığorta. İş yeri: - Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC