Maliyyə və mühasibat · Glorri
“Rabitəbank” ASC Komplayens departamentinin Komplayens şöbəsinə Aparıcı/Baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
“Rabitəbank” ASC Komplayens departamentinin Komplayens şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri : - Müştərilərdən daxil olan şikayətlərin komplayens riskləri baxımından monitorinqini həyata keçirmək; - Şikayətləri müəyyən edilmiş meyarlar əsasında təhlil etmək və komplayens riski yaradan halları müəyyənləşdirmək; - Komplayens pozuntusu, maraqlar münaqişəsi, etik davranış qaydalarının pozulması və digər risk əlamətləri olan şikayətləri müəyyən etmək; - Zəruri hallarda aidiyyəti struktur bölmələrdən şikayətlərlə bağlı əlavə məlumat və sənədlər tələb etmək; - Şikayətlər üzrə müəyyən edilmiş komplayens risklərinin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq; - Şikayətlərin nəticələri üzrə dövri monitorinq və analitik hesabatlar hazırlamaq; - Şikayətlərin idarə olunması prosesinin daxili normativ sənədlərə və komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək; - Maraqlar münaqişəsinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması prosesində iştirak etmək; - Maraqlar münaqişəsi hallarının komplayens risk səviyyəsini qiymətləndirmək; - Maraqlar münaqişəsinin idarə olunması ilə bağlı qəbul edilmiş qərarların və müəyyən edilmiş tədbirlərin icrasına monitorinq həyata keçirmək; - Maraqlar münaqişəsi reyestrinin aparılmasını təmin etmək; - Hədiyyələr reyestrinin aparılmasını təmin etmək; - Dövri hesabatlar hazırlamaq. - Ali təhsil: İqtisadiyyat və ya Hüquq sahəsində; - Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə, rus dili – arzuolunandır; - Analitik düşünmə və problemləri təhlil etmə bacarığı; - Komandada işləmək bacarığı; - Məsuliyyətli və diqqətli yanaşma.