Bütün vakansiyalar

İnzibati və ofis · Glorri

Korporativ Katib

Unibank Kommersiya BankıR.Behbudov küç. 55 Baku, Baku 1014, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müşahidə Şurasının və onun komitələrinin iclaslarının təşkili, gündəliyin formalaşdırılması və koordinasiyası; - İclas materiallarının və arayışların struktur bölmələrdən toplanması, sistemləşdirilməsi və vaxtında təqdim edilməsinin təmin edilməsi; - Müşahidə Şurası və komitələrin iclas protokollarının, qərarların və çıxarışların hazırlanması və rəsmiləşdirilməsi; - Qəbul edilmiş qərarların icra reyestrinin aparılması, icra vəziyyətinin monitorinqi və müvafiq hesabatların hazırlanması; - Qərarların icrasında yaranan gecikmələr və risklər barədə müvafiq şəxslərin məlumatlandırılması; - Yeni təyin olunmuş Müşahidə Şurası üzvlərinin uyğunlaşma və məlumatlandırma prosesinin təşkili; - Səhmdarların Ümumi Yığıncağının təşkili ilə bağlı sənədlərin, gündəliyin və materialların hazırlanmasının koordinasiyası; - Səhmdarların Ümumi Yığıncağında qəbul edilmiş qərarların rəsmiləşdirilməsi və icrasının monitorinqi; - Müşahidə Şurasının fəaliyyəti ilə bağlı sənədlərin məxfiliyinin, düzgün saxlanmasının və arxivləşdirilməsinin təmin edilməsi; - Səlahiyyətləri çərçivəsində korporativ idarəetmə və sənəd dövriyyəsi ilə bağlı digər tapşırıqların icrası. - Hüquq, iqtisadiyyat, maliyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil; - Bank və ya maliyyə sektoru, korporativ idarəetmə, hüquq və ya rəhbərliyin inzibati dəstəyi sahəsində minimum 3 il iş təcrübəsi; - Müşahidə Şurası, İdarə Heyəti, komitələr, səhmdarların ümumi yığıncağı və ya digər kollegial orqanlarla iş təcrübəsi üstünlükdür; - Korporativ idarəetmə prinsipləri və bank qanunvericiliyi üzrə biliklər; - İclasların təşkili və protokollaşdırılması, qərarların icrasının izlənilməsi və sənəd dövriyyəsi üzrə təcrübə; - Rus dili yüksək səviyyədə, ingilis dili biliyi üstünlükdür; - Yüksək təşkilatçılıq, analitik düşüncə, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı.