IT və texnologiya · Glorri
Riteyl sahəsi üzrə təcrübə proqramı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində riteyl sahəsi üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik! Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür! Proqram haqqında: - Müddət : 3 ay - Sahə : Riteyl Təcrübə nələri əhatə edir: - Peşəkar təlimlər (nəzəri və praktiki) - Baş ofis və filiallarda real təcrübə imkanı - Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma - Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq - Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti Proqram iştirakçılarına nə təklif olunur: - Təyin olunmuş aylıq ödəniş - Fərdi inkişaf və təcrübə qazandıracaq mühit - Gələcək iş imkanları üçün real zəmin Kimlər müraciət edə bilər: - Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır - Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər - Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar Gələcəyini Rabitəbank ilə qur – indi başla !