Digər · Glorri
Laborant
- İş formatı:
- Uzaqdan
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir; - İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir; - Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır; - Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir; - Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir; - Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir; - Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır; - Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir; - Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir; - Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir; - Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir; - Ali ixtisas təhsili; - MS Windows, MS Office, 1 C, İnternet və s. biliklər; - İşin mövzusuna aid olan rəhbər, normativ və sorğu materiallarını, analiz, sınaq və başqa növ tədqiqatların aparılması üsullarını, texniki sənədlərin işlənib hazırlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını bilməli; - Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını bilməli; - İqtisadiyyatın, əməyin və istehsalın təşkilinin əsaslarını bilməli; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;