Bütün vakansiyalar

Digər · Glorri

Beynəlxalq layihələrin idarə edilməsi üzrə mütəxəssis

HeadStart609 Cəfər Cabbarlı küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifə öhdəlikləri: - Beynəlxalq layihələrin planlaşdırılması, koordinasiyası və icrasına dəstək göstərmək; - Layihələrin məqsəd, fəaliyyət planı, vaxt qrafiki və nəticə göstəricilərinin hazırlanmasında iştirak etmək; - Beynəlxalq tərəfdaşlar, təşkilatlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələrin qurulması və koordinasiyasını həyata keçirmək; - Layihə çərçivəsində görüşlərin, tədbirlərin və işçi sessiyaların təşkilində iştirak etmək; - Layihələrin icra vəziyyətini mütəmadi monitorinq etmək və hesabatlar hazırlamaq; - Layihə sənədlərinin, təqdimatların və digər işgüzar materialların hazırlanmasını təmin etmək; - Beynəlxalq təşkilatların, donorların və tərəfdaş qurumların tələblərinə uyğun sənədlərin hazırlanmasında iştirak etmək; - Layihə büdcəsinin və resurslarının idarə olunması prosesinə dəstək göstərmək; - Layihə üzrə riskləri və mümkün gecikmələri müəyyən etmək və rəhbərliyə məlumat vermək; - Beynəlxalq təcrübəni və potensial əməkdaşlıq imkanlarını araşdırmaq; - Layihələrin nəticələrinin qiymətləndirilməsi və yekun hesabatların hazırlanmasında iştirak etmək. Namizədə tələblər: - Ali təhsil; - Rus və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; - Layihələrin planlaşdırılması və koordinasiyası üzrə biliklər; - Analitik və strateji düşünmə bacarığı; - Hesabat və təqdimatların hazırlanması bacarığı; - MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı; - Müxtəlif mədəniyyətlərdən olan tərəfdaşlarla effektiv kommunikasiya qurmaq bacarığı; - Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı; - Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti: - İş yeri: Bakı - İş qrafiki: Tam iş günü - Əmək müqaviləsi: Rəsmi