Digər · Glorri
İqtisadçı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- İqtisadi göstəricilərin və maliyyə məlumatlarının təhlilini aparmaq; - İqtisadi proseslər və bazar tendensiyaları üzrə araşdırmalar həyata keçirmək; - Statistik məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək; - İqtisadi göstəricilər əsasında analitik hesabatlar və təqdimatlar hazırlamaq; - Müxtəlif iqtisadi göstəricilər üzrə proqnoz və təhlillərin hazırlanmasında iştirak etmək; - Makroiqtisadi və mikroiqtisadi göstəriciləri monitorinq etmək; - İqtisadi və maliyyə risklərini müəyyənləşdirmək və təhlil etmək; - Müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və digər etibarlı mənbələrin məlumatlarını araşdırmaq; - İqtisadi siyasət, bazar dəyişiklikləri və sektorlar üzrə məlumatları təhlil etmək; - Rəhbərliyin qərarvermə prosesini dəstəkləyən analitik materiallar hazırlamaq; - Tədqiqat layihələrində və iqtisadi araşdırmalarda iştirak etmək. Namizədə tələblər: - Ali təhsil; - İqtisadi və statistik məlumatlarla işləmək bacarığı; - Güclü analitik və tənqidi düşünmə qabiliyyəti; - Excel və digər MS Office proqramlarında yaxşı işləmək bacarığı; - Hesabat və analitik sənədlərin hazırlanması bacarığı; - Azərbaycan, rus dilləri üzrə yüksək səviyyədə yazılı və şifahi nitq; - İngilis dili üzrə minimum B2 səviyyə; - Məlumatların araşdırılması və müxtəlif mənbələrdən istifadə bacarığı; - Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq; - Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı. İş şəraiti: - İş yeri: Bakı - İş qrafiki: Tam iş günü - Əmək müqaviləsi: Rəsmi