IT və texnologiya · Glorri
Əməliyyat tədqiqatı üzrə aparıcı analitik / Gəlirlərin Optimallaşdırılması İdarəsi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 21.09.2026 · Son tarix: 19.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Marşrut səviyyəsində gəlir performansını izləmək və təhlil etmək, zəif nəticə göstərən bazarları müəyyən edərək qiymət, tutum və ya satış üzrə düzəlişlər təklif etmək; - Tələb planlaması və qiymət elastikliyinin təhlili üçün qabaqcıl proqnozlaşdırma modelləri və statistik metodlar tətbiq etmək; - Müştəri analitikası strategiyalarına dəstək vermək (seqmentasiya və gəlir töhfəsi modelləri daxil olmaqla); - Proqnozların dəqiqliyini artırmaq və yeni analitik nəticələr yaratmaq üçün maşın öyrənməsi və “big data” texnologiyalarından istifadə etmək; - Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəfləri hazırlamaq və paylaşmaq; - Gəlir tendensiyaları, qiymət effektivliyi və kommersiya KPI-larını izləmək üçün avtomatlaşdırılmış hesabat və panellər (Power BI və s.) hazırlamaq və dəstəkləmək.; - Məlumat dəqiqliyi, ardıcıllıq və uyğunluğu təmin edən tam izləmə sistemləri layihələndirmək və idarə etmək; - Məlumat keyfiyyətini, hesabat dəqiqliyini davamlı olaraq artırmaq və əl müdaxilələrini avtomatizasiya ilə minimuma endirmək.; - Kommersiya məlumatlarının rəqabətli istifadəsini dəstəkləyən analitik alətlər hazırlamaq; - Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması, Tarif və Marketinq ilə əməkdaşlıq edərək gəlir üzrə analitik nəticələrin tətbiqini təmin etmək.; - Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələr təqdim etməklə iştirak etmək; - Məlumat izləmə və hesabat prosesləri üçün texniki sənədləşməni hazırlamaq və dəstəkləmək; - Analitik nəticələri və təhlilləri təqdim edərək kommersiya planlamasına və uzunmüddətli gəlir artımına dəstək olmaq.; - Analitika çatdırılmasında tənzimləyici uyğunluğu və məlumat idarəçiliyi standartlarını təmin etmək. - Təhsil : Ali - Analitik fəaliyyəti üzrə minimum 3 il iş təcrübəsi tələb olunur; - Yüksək dərəcədə rəqəmlərlə işləmə bacarığı; - Gəlirlərin İdarəolunması, kommersiya analitikası, biznes intellekti və ya oxşar sahədə təcrübə (aviasiya və ya səyahət sənayesi üstünlükdür); - Gəlir proqnozları, qiymət modelləri və tələb planlama alətləri hazırlama üzrə praktik təcrübə.; - Məlumat təhlili, modelləşdirmə və statistik metodlarda (reqressiya, klasterləşmə, zaman sıraları və s.) güclü biliklər.; - Avtomatlaşdırılmış dashboard və hesabatlar hazırlama üzrə təcrübə (Power BI, Tableau, Excel VBA).; - SQL və ən azı bir analitik proqramlaşdırma dili (Python, R və s.) ilə işləmə bacarığı; - Aviaşirkət kommersiya funksiyaları (Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması və ya Tarif) üzrə bilik.; - Böyük və mürəkkəb dataset-lərlə işləmə və onları praktik analitik nəticələrə çevirmə təcrübəsi.; - Gəlir büdcəsi, performans izləmə və KPI çərçivələri ilə tanışlıq Maşın öyrənməsi konseptləri və prediktiv analitika ilə ilkin təcrübə üstünlükdür.; - Çoxfunksiyalı komandalarla işləmək və sürətli, məlumat yönümlü mühitdə nəticə əldə etmək təcrübəsi; - ETL/ELT proseslərinin avtomatlaşdırılması və data pipeline-ların qurulması üzrə güclü bacarıqlar.; - Cloud platformaları (Azure, AWS, Google Cloud və s.) üzrə təcrübə üstünlük hesab olunur. - Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; - Təqdimat bacarıqlar; - Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; - Danışıqların aparılması bacarığı; - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; - Dəyişikliklərə uyğunlaşmaq bacarığı; - Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); - Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta). İş qrafiki: - Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: - Heydər Əliyev Beynəlxalq Hava Limanı