Bütün vakansiyalar

IT və texnologiya · Glorri

Data təhlili şöbəsinin müdiri

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu rol Data təhlili üzrə Mükəmməllik Mərkəzi (CoE) funksiyasına rəhbərlik etməklə yanaşı, analitiklərin biznes və məhsul squad-larında effektiv fəaliyyətini, vahid analitika standartlarının tətbiqini, self-service analytics imkanlarının inkişafını və Data məlumat hövzəsi (Lakehouse) üzərində müasir analitika ekosisteminin formalaşdırılmasını təmin edəcək. - Təşkilat üzrə Data Analytics strategiyasının, operating modelinin, standartlarının və metodologiyalarının hazırlanmasına və tətbiqinə rəhbərlik etmək; - Data Analytics funksiyasını Center of Excellence (CoE) modeli əsasında qurmaq və inkişaf etdirmək; - Mərkəzi Data Analytics komandası ilə biznes/məhsul squad-larında çalışan analitiklər arasında effektiv əməkdaşlıq modelini formalaşdırmaq; - Squad-larda analitiklərin discovery, problem definition, KPI müəyyənləşdirilməsi, analiz və nəticələrin interpretasiyası mərhələlərində aktiv iştirakını təmin etmək; - Biznes problemlərinin analitik use case-lərə çevrilməsini və uyğun analitik yanaşmaların – descriptive, diagnostic, predictive və prescriptive analytics – tətbiqini təmin etmək; - Data Lakehouse üzərində analitiklərin effektiv işləməsi üçün analytics və consumption layer yanaşmasının inkişafına rəhbərlik etmək; - BI, dashboarding və self-service analytics imkanlarını inkişaf etdirmək, biznes istifadəçilərinin datadan müstəqil və düzgün istifadə imkanlarını artırmaq; - Təşkilat üzrə vahid KPI, metric və biznes anlayışlarının formalaşdırılması üçün semantic model / semantic layer yanaşmasının tətbiqinə rəhbərlik etmək; - Etibarlı və təkrar istifadə edilə bilən certified analytical datasets/data products üzərində analitika proseslərinin qurulmasını təmin etmək; - Dashboard və hesabatların standartlaşdırılması, sertifikatlaşdırılması, istifadə və biznes dəyərinin ölçülməsi üçün yanaşmalar formalaşdırmaq; - Ad-hoc reporting-dən daha sistemli, avtomatlaşdırılmış və self-service analitika modelinə keçidi təmin etmək; - Müxtəlif data mənbələrindən əldə edilən məlumatlar əsasında trend, root-cause, correlation, segmentation və digər diagnostic analytics metodlarının tətbiqini təşkil etmək; - Data keyfiyyəti və biznes definisiyaları ilə bağlı problemlərin Data Governance və Data Engineering komandaları ilə koordinasiyalı şəkildə həllini təmin etmək; - Təşkilat üzrə data literacy və data-driven decision-making mədəniyyətinin inkişafına rəhbərlik etmək; - Müxtəlif struktur bölmələrin data və analytics maturity / diagnostic assessment qiymətləndirilməsini təşkil etmək, boşluqları müəyyənləşdirmək və inkişaf planları hazırlamaq; - Rəhbərlik və biznes komandaları üçün data literacy proqramları, workshop-lar, analitik metodologiyalar və praktiki təlimlərin hazırlanmasını və keçirilməsini təmin etmək; - Analitik use case-lərin və təşəbbüslərin biznes təsiri, strateji əhəmiyyəti və icra imkanlarına əsasən prioritetləşdirilməsini təmin etmək; - Analitika məhsulları üçün adoption, usage və business impact göstəricilərini müəyyənləşdirmək və izləmək; - Data Analytics komandasının strukturunu, kompetensiyalarını və inkişaf planını formalaşdırmaq, analitiklərin mentorluğunu və peşəkar inkişafını təmin etmək; - Data Engineering, Data Governance, AI/Data Science, Product və digər funksiyalarla sıx əməkdaşlıq etmək; - Data Analytics sahəsində yeni texnologiya və yanaşmaları izləmək, onların təşkilat üçün tətbiq imkanlarını qiymətləndirmək. Təhsil və təcrübə: - İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr/magistr dərəcəsi; - Data Analytics, Business Intelligence və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən komanda və ya analitika funksiyasına rəhbərlik təcrübəsi. Texniki bacarıqlar: - SQL üzrə yüksək səviyyəli bilik, mürəkkəb analitik sorğuların hazırlanması və böyük həcmli məlumatlarla işləmə təcrübəsi; - Müasir Data Lakehouse arxitekturası və analitiklərin bu mühitdə işləmə prinsipləri haqqında yaxşı anlayış; - Lakehouse üzərində data consumption, analytical datasets, semantic models və BI layer-in necə qurulduğunu anlamaq; - Power BI və ya ekvivalent enterprise BI platforması ilə geniş praktiki təcrübə; - Semantic model, metrics/KPI layer, dimensional modelling və star schema prinsipləri üzrə bilik; - Dashboard design, data visualization, storytelling və executive reporting üzrə güclü təcrübə; - Self-service BI / self-service analytics modelinin qurulması və idarə olunması üzrə təcrübə; - Descriptive, diagnostic, predictive və prescriptive analytics yanaşmalarının biznes problemlərinə tətbiqi üzrə bilik; - Statistik analiz, hypothesis testing, correlation, segmentation, trend və root-cause analysis üzrə praktiki bilik; - Python ilə analitik məqsədlər üçün işləmə bacarığı (Pandas, NumPy və analoji kitabxanalar) üstünlükdür; - Data quality, metadata, data catalog, business glossary və data lineage anlayışları haqqında bilik və Data Governance komandası ilə işləmə təcrübəsi; - Agile/Scrum mühitində və cross-functional squad modeli ilə işləmə təcrübəsi; - Data product və product analytics yanaşmalarını anlamaq; - Azərbaycan və ingilis dillərində yüksək səviyyəli şifahi və yazılı kommunikasiya bacarığı; - Cloud və ya modern data platformaları, xüsusilə Lakehouse əsaslı analitika ekosistemləri ilə işləmə təcrübəsi üstünlükdür; Yumşaq bacarıqlar: - Güclü analitik və strukturlaşdırılmış düşüncə; - Biznes problemini analitik problemə və ölçülə bilən KPI-lara çevirmək bacarığı; - Analitik nəticələri texniki olmayan auditoriyaya sadə və təsirli şəkildə təqdim etmək bacarığı; - Senior management və müxtəlif biznes stakeholder-lərlə işləmə təcrübəsi; - Güclü stakeholder management və kommunikasiya bacarıqları; - Komandanın qurulması, inkişaf etdirilməsi, mentorluq və performance management təcrübəsi; - Bir neçə squad və təşəbbüs arasında prioritetləri idarə etmək bacarığı; - Data-driven culture və dəyişikliklərin idarə olunması üzrə təcrübə.