IT və texnologiya · Glorri
Aparıcı İT biznes analitik (Rəqəmsal məhsulların inkişafı)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və "DoR" (başlanğıc üçün tələblər) müəyyənləşdirmək; - İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqları hazırlanmaq və texniki komandaya ötürmək; - G2G, G2B biznes modellərini anlamaq və həll yolları vermək; - Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək; - Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək; - Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması); - Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək; - Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında iştirak etmək; - Yeni başlayan əməkdaşlara (təcrübəçilərə) mentorluq etmək. - İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə İT Biznes Analitik kimi minimum 2 (iki) il iş təcrübəsi; - İngilis dili – Upper Intermediate səviyyəsində bilik (Rus dili arzuolunandır); - Figma, Jira və Confluence alətləri ilə işləmək üzrə praktiki bacarıqlar; - Sistem dizayn üzrə biliklərin olması (C4 Modeli): informasiya sistemlərinin Kontekst, Konteyner və Komponent səviyyələrində modelləşdirilməsi, arxitektura quruluşunun və sistemlərarası inteqrasiyaların diaqramlar vasitəsilə sənədləşdirilməsi; - Məlumat bazası texnologiyaları (relational və non-relational) üzrə yüksək səviyyədə işləmə bacarığı; - BPMN və UML modelləşdirmə dilləri üzrə biliklər və praktik tətbiq təcrübəsi; - Camunda platforması vasitəsilə biznes proseslərinin modelləşdirilməsi üzrə yüksək səviyyədə işləmə bacarığı; - OpenAPI (Swagger) – OAS 3.x standartları üzrə biliklər, API spesifikasiyalarının hazırlanması və təhlili bacarığı; - BRD, FRD (o cümlədən qeyri-funksional tələblər), SRS və API texniki sənədlərinin hazırlanması üzrə bacarıqlar; - AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür; - G2C, G2B, G2G domenində İT Biznes Analitik kimi iş təcrübəsi – rəqəmsal xidmətlərin qurulması, biznes proseslərinin analizi və tələblərin toplanması sahəsində praktiki iştirak (üstünlükdür); - İxtisas üzrə beynəlxalq sertifikatların (IIBA, PMI və s.) olması (üstünlükdür); - Yüksək səviyyədə analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı; - Nəticəyönümlü, öyrənməyə və peşəkar inkişafa açıq olmaq.