Digər · Glorri
İmişli PİTM filialında Laborant
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir. - İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir. - Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır. - Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir. - Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir. - Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir. - Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır. - Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir. - Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir. - Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir. - Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. - Orta ixtisas təhsili; - Ən azı 2 il iş təcrübəsi; - MS Office proqramları bilikləri; - Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları; - Məhsulun keyfiyyət xüsusiyyətlərinin müəyyən olunması metodlarını bilmək; - Xam maldan analiz nümunəsinin götürülməsi - Laboratoriya cihazları vaistəsi ilə xam malın analiz edilməsi - Lazımi sənədlərin düzgün və vaxtında hazırlanmasına cavabdehdir.