Bütün vakansiyalar

Mühafizə və təhlükəsizlik · Glorri

Təhlükəsizlik şöbəsinin Qarabağ üzrə bölgə müdiri

Prime CottonBərdə, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Tabeliyində olan filiallarda sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizəni təşkil edir, onların mənbələri və nəticələri barədə məlumatlar toplayır, daxili təhqiqatlar və araşdırmalar aparır, təsdiq olunmuş faktlar barədə dərhal rəhbərini məlumatlandırır; - Tabeliyində olan filiallarda işə qəbul zamanı namizədlərə təhlükəsizlik nöqteyi-nəzərdən rəy bildirir; - Tabeliyində olan filialların fiziki təhlükəsizliyi (mühafizəsi) vəziyyəti üzərində nəzarəti həyata keçirir; - Tabeliyində olan filialın təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və təhqiqatlar nəticəsində təqsiri bir mənalı sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti filialın rəhbərinə məlumat verir; - Filiallardakı gözətçi rəhbərləri və gözətçilərə xidməti təlimat keçmək, növbəyə gələn mühafizəçilərin geyim və xarici görünüşünü kontrol etmək, xidməti təşkil etmək, postları kontrol etmək; - Tabeliyində olan filiallarda istənilən vaxtda gecələr postlara gedərək gecə yoxlamaları etmək; - Xidməti yoxlama zamanı aşkar olunan uyğunsuzluqlar barəsində rəhbərinə raport yazaraq məlumat verir; - Xidmətə uyğun olmayan və vəzifəsini layiqincə yerinə yetirməyən əməkdaşlar haqqında müvafiq tədbirlər görmək, rəhbərliyə raport hazırlamaq; - Xidməti kitabları kontrol etmək, kitablarda qeydlərin düzgün aparılmasına və kitabların səliqəli saxlanmasına nəzarət etmək; - Obyektə verilmiş olan nəqliyyat vasitələrinin, radio rabitə vasitələrinin və digər texniki ləvazimatların (dedektor, əl-fənəri və s.) səliqəli, təyinatı üzrə və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; - Rəhbərliyin təyin etdiyi digər işləri icra edir. - Ali təhsilli olmalıdır (hüquq, təhlükəsizlik, hərbi və ya idarəetmə sahəsində təhsil üstünlükdür); - Hərbi xidməti keçmiş olmalıdır; - Hüquq-mühafizə orqanlarında ən azı 5 il iş təcrübəsi olmalıdır; - Müəssisələrdə təhlükəsizlik xidmətinin təşkili üzrə praktiki bacarığa malik olmalıdır; - Bölgədə daimi və fasiləsiz çalışmaq imkanı olmalıdır; - Mühafizə işinin planlanması, təşkil edilməsi və nəzarəti üzrə iş təcrübəsi vacibdir; - Komanda ilə işləmək, əməkdaşlarla düzgün kommunikasiya qurmaq bacarığı olmalıdır; - Analitik təhlil , vəziyyətlərin qiymətləndirilməsi və qərarvermə bacarığı yüksək səviyyədə olmalıdır; - İT və ofis proqramları (MS Office, Excel, PowerPoint və s.) ilə sərbəst işləmək bacarığı olmalıdır; - Hesabatlar hazırlamaq və təqdim etmək bacarığı olmalıdır; - Xarici dil bilikləri (xüsusilə ingilis və ya rus dili) arzuolunandır ; - Bölgədə baş verə biləcək uyğunsuzluqlar, pozuntular və hadisələr zamanı operativ məlumat əldə etmək və analiz etmək bacarığı olmalıdır; - Təhlükəsizlik fəaliyyətində preventiv yanaşmanı tətbiq edə bilməli, mümkün risklərin qarşısının alınması üzrə qabaqlayıcı tədbirləri planlaya bilməlidir.