Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Aparıcı mühasib

AMOGROUP31 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək; - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək; - Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək; - Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, məhsul satışının, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq; - Dövlət büdcəsinə ödənişlərin, vergilərin, sosial sığorta ayırmalarının və digər ödənişlərin vaxtında köçürülməsini həyata keçirmək; - Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin edilməsi; - Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi; - Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi; - Məhsulların maya dəyərinin dəqiq hesablanmasını, istehsal xərclərinin uçot siyasətinə uyğun bölüşdürülməsini və bunun üzərində nəzarətin təmin edilməsi; - Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi; - Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi; - Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi; - Vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasında və təqdim edilməsində iştirak etmək. - Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək - Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; - Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi - 1C 8.3 üzrə praktiki biliklər; - MS Excel üzrə yaxşı səviyyədə bilik; - Elektron portallarla işləmə bacarığı; - Vergi və Əmək Məcəllələri üzrə əsas biliklər; - Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması üzrə təcrübə; - İstehsalat, anbar və əməkhaqqı uçotu üzrə təcrübə; - Əmək haqqı: müsahibə əsasında - Nahar şirkət tərəfindən təmin olunur - İş qrafiki: 5 günlük