Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Sağlamlıq və Səhiyyə xidmətləri üzrə mütəxəssis

TABIA Group LLCPort Baku Towers, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Sağlamlıq və Səhiyyə xidmətləri şöbəsinin ümumi işinin təşkilinə dəstək vermək. - Sanator-kurort otellərində tibbi və sağlamlıq xidmətlərinin koordinasiyasına dəstək vermək. - Tibbi xidmət proseslərinin nəzarəti və standartlaşdırılması işinə dəstək vermək. - Tibbi məlumatların, hesabatların və statistikanın idarə edilməsinə dəstək vermək. - Otellərdən daxil olan tibbi məlumatların (pasiyent axını, müalicə nəticələri, prosedur statistikası) toplanması və sistemləşdirilməsi müvafiq şöbənin struktur bölməsinə ötürülməsinə dəstək vermək. - Aylıq və rüblük tibbi hesabatların hazırlanması və menecerə təqdim edilməsi. - Qonaqların sağlamlıq proqramları üzrə nəticələrin analizinin menecerə təqdim edilməsi. - Həkim, fizioterapevt, spa terapevtləri və tibb bacılarından daxil olan sual və tələblərin mərkəzi ofisə yönləndirilməsi. - Otellərdə tibbi resurs ehtiyaclarının (avadanlıq, material, dərman) müəyyən edilməsi və menecerə təqdim edilməsi. - Tibbi heyət üçün təlim proqramlarının hazırlanmasında və təşkilində menecerə kömək etmək. - Qonaqlar üçün sağlamlıq və profilaktika mövzusunda məlumatlandırıcı broşürlər və materiallar hazırlamaqda iştirak. - Tibbi xidmətlə əlaqəli risk faktorlarını izləmək və analiz etmək. - Yanlış prosedurlar, təhlükəsizlik pozuntuları və uyğunsuzluqlar barədə menecerə məlumat vermək. - Tibbi təhlükəsizlik və sanitariya qaydalarına uyğunluğa dəstək. - Yeni müalicə proqramlarının, wellness paketlərinin və kurort xidmətlərinin hazırlanmasında analitik və təşkilati dəstək. - Məhsul inkişafı, tibbi xidmətlərin modernizasiyası və rəqəmsallaşdırma layihələrində iştirak. Təhsil : - Ali tibb təhsili İş təcrübəsi: - Tibb sahəsində iş təcrübəsi minimum 3 il Bilik və Bacarıqlar: - Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində). - Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır. - Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır. - Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır. Kompüter bilikləri: - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; - Elektron tibbi idarəetmə sistemlərində işləmə bacarığı. Dil bilikləri: - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yaxşı səviyyədə; Digər üstünlüklər: - Nahar şirkət tərəfindən təmin edilir. - Korporativ nömrə və danışıq paketi. - Tibbi sığorta. İş yeri: - Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC