Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Tibbi Məhsulların İnkişafı üzrə Menecer/Tibb

TABIA Group LLCPort Baku Towers, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və wellness xidmət paketlərinin hazırlanması (balneoterapiya, fizioterapiya, dietoterapiya, reabilitasiya proqramları və s.). - Mövcud tibbi xidmətlərin təkmilləşdirilməsi, yenilənməsi və müasir tibbi standartlara uyğunlaşdırılması. - Müalicəvi proqramların səmərəliliyini qiymətləndirmək və optimallaşdırmaq üçün elmi-tibbi əsaslı təkliflər hazırlamaq. - Hər otelin müalicəvi yönümlü brend məhsullarının (tibbi proqram, spa müalicə paketləri və s.) konseptinin yaradılması. - Kurortologiya, fizioterapiya və reabilitasiya sahəsində yeni elmi yenilikləri izləmək və xidmətlərə tətbiq etmək. - Müalicə nəticələri, qonaq məmnuniyyəti və klinik göstəricilərlə bağlı tibbi məlumatların toplanması, analizi və təhlili. - Yeni tibbi məhsulların effektivliyini sübut edən elmi materialların hazırlanması. - Departamentə bağlı bütün tibbi personal üçün xidmət standartlarının (SOP) hazırlanması və tətbiqinə nəzarət. - Protokolların sanatoriya–kurort tibbi normativlərinə, sağlamlıq turizmi standartlarına və yerli qanunvericiliyə uyğunluğunun təmin edilməsi. - Tibbi personal, SPA komandası və əlaqəli şöbələr üçün məhsul, xidmət və protokollar üzrə mütəmadi təlimlərin təşkili və keçirilməsi. - Müştərilər (qonaqlar) üçün tibbi məlumat kitabçalarının, proqram broşürlərinin və təqdimat materiallarının hazırlanması. - Yeni tibbi məhsul və proqramların tətbiqi üzrə layihələrin idarə olunması (planlama, büdcələşdirmə, icra və hesabatlıq). - Tibbi xidmətlərin effektivliyi, qonaq tələbatı, mövsümi trendlər və məhsul performansı üzrə aylıq və illik hesabatlar hazırlamaq. - Yeni tibbi proqramların tətbiqi nəticələrinin dəyərləndirilməsi və inkişaf imkanlarının təklif edilməsi. - Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və sağlamlıq proqramlarının hazırlanması. - Mövcud müalicə paketlərinin modernləşdirilməsi, standartlaşdırılması və səmərəliliyinin artırılması. - Otellər üzrə fərdi tibbi məhsul və brend proqram konsepsiyalarının hazırlanması (detoks, reabilitasiya, kardioloji proqramlar, ortopedik bərpa və s.). - Azərbaycan daxilində sanatoriya–kurort sahəsində bazar təhlili aparmaq: müştəri tələbatı, rəqib xidmətləri, trendlər və yeni imkanlar. - Müalicəvi və wellness xidmətlərinin regionlar üzrə tətbiqi və genişləndirilməsi üçün strategiya hazırlamaq. - Ölkə daxilində yeni məhsul və proqramların tanıdılması üçün tibbi təlimlər, təqdimatlar və əməkdaşlıq layihələri həyata keçirmək. - Xarici bazarlar üzrə tibbi turizm, kurortologiya və wellness trendlərini araşdırmaq və yeni inkişaf istiqamətlərini təklif etmək. - Şirkətin tibbi məhsul və proqramlarının beynəlxalq bazarlara çıxışı üçün konsept, paketləşdirmə və fərqləndirmə strategiyasını hazırlamaq. - Xaricdəki tibbi klinikalar, sağlamlıq turizmi agentlikləri, sığorta şirkətləri və reabilitasiya qurumları ilə əməkdaşlıq imkanlarının qurulmasına dəstək vermək. - Beynəlxalq sərgilərdə, tibbi turizm forumlarında və konfranslarda məhsulların təqdimatı üçün tibbi kontenti hazırlamaq. - Yerli və xarici qonaqların tibbi nəticələri üzrə məlumatları təhlil edərək məhsulun inkişafına dair təkmilləşdirilmiş modullar yaratmaq. - Marketinq və satış şöbələrinə tibbi məlumatlar, elmi arqumentlər və proqram məzmunu ilə dəstək vermək. Təhsil : - Ali tibbi təhsil İş təcrübəsi: - Tibb sahəsində iş təcrübəsi minimum 5 il - Tibbi nümayəndə, tibbi məsləhətçi, məhsul mütəxəssisi və ya Medical Affairs sahəsində təcrübə. - Bilik və Bacarıqlar: - Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində). - Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır. - Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır - Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır. Kompüter bilikləri: - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; Dil bilikləri: - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yaxşı səviyyədə; Digər üstünlüklər: - Nahar şirkət tərəfindən təmin edilir. - Korporativ nömrə və danışıq paketi. - Tibbi sığorta. İş yeri: - Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC